I Liqa
"İnter Arena"da rekord
Bu gün Azərbaycan çempionatının 1-ci divizionunda 28-ci…
Bu gün Azərbaycan çempionatının 1-ci divizionunda 28-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, paytaxtda baş tutan “Bakılı” – “Turan Tovuz” görüşündə divizionun cari mövsüm üçün rekordu müəyyənləşib.
"İnter Arena"nın 4-cü meydançasında baş tutan matçda maraqlı məqam diqqətimizi çəkib. Belə ki, Aqşin Sadıqovun het-trik etdiyi qarşılaşmada qonaqların 8:1 hesablı qələbəsi rəsmiləşib ki, bu oyun çempionatın ən məhsuldar qarşılaşması olub. İndiyə qədər həmin liqanın 3 oyununda 8 qol qeydə alınıb. Bu matç 3-cü turda “Bakılı” – “Energetik” (7:1), 16-cı turda “Turan Tovuz” – “Göyəzən” (6:2) və 22-ci turda “Ağsu” – “Bakılı” (7:1) qarşılaşmalarının şərikli rekordunu təzələyib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza