Ölkə futbolu
"Simurq"un prezidenti həbs olundu
Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğası…
Azərbaycanda son günlər kredit oliqarxlarının həbs dalğasına daha 3 nəfər qoşulub. Futbolinfo.az xəbər verir ki, bu dəfə saxlanılanlar da Beynəlxalq Bankdan külli miqdarda kredit götürənlərdi.
Həmin banka 200 milyon dollar borcu olan “Riyad-Farm” əczaçılıq şirkətinin sahibi Həsən Şərifov və şirkətin icraçı direktoru Aqil Quliyev də saxlanılıb. Həbs olunanların siyahısında “Simurq” futbol klubunun prezidenti Anar Bəkirov da var. Saxlanılan hər üç şəxs "Bandotdel”ə aparılıb.
Qeyd edək ki, "Simurq"un da sahibi olan Cahangir Hacıyev bir müddət öncə Azərbaycan Beynəlxalq Bankındakı idarə heyətinin sədri vəzifəsindən gedib. Bu hadisədən sonra Zaqatala klubu dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
(Qafqazinfo)
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə