Premyer-liqa
Qəbələdə gərginlik: "İnter" futbolçusu komanda yoldaşına hücum çəkdi
Topaz Premyer Liqaslnın 34-cü turu çərçivəsində…
Topaz Premyer Liqaslnın 34-cü turu çərçivəsində "Qəbələ" doğma azarkeşləri önündə "İnter"i qəbul edir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın sonlarında paytaxt təmsilçisinin futbolçuları bir-biri ilə mübahisə edib.
Belə ki, matçın baş hakimi Fariz Yusifovun "Qəbələ"nin qapısına təyin etdiyi cərimə zərbəsi zamanı Coşqun Diniyevlə komanda yoldaşı Derlis Meza Kolli arasında mübahisə yaranıb. Diniyev topa yaxınlaşsa da, cərimə zərbəsini Meza Kolli yerinə yetirmək istəyib. Coşqunun inadkarlığı 88 nömrəli futbolçunu özündən çıxarıb. Hətta iş o yerə çatıb ki, Derlis Coşquna tərəf də şığıyıb. Aranı "İnter"in digər futbolçuları sakitləşdirib. Nəticədə Fariz Yusifov Meza Kollini sarı vərəqə ilə cəzalandırıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib