Ölkə kuboku
Biletlər hazırdı: "Neftçi" sifariş verdi, "Qarabağ" gözləyir
Peşəkar Futbol Liqası Qəbələdə baş tutacaq 22-ci ölkə ku…
Peşəkar Futbol Liqası Qəbələdə baş tutacaq 22-ci ölkə kubokunun finalına hazırlıqları davam etdirir. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın biletləri də bu gün çapa göndəriləcək.
Bunu saytımıza açıqlamasında PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. Onun sözlərinə görə, “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə baş tutacaq həlledici matçı üçün 4500 ədəd bilet sifariş verilib. Biletlərin qiyməti isə 2-5 manat arası olacaq.
Bununla bağlı artıq klublara məktub da göndərilib. Maraqlıdı ki, “Neftçi” final matçına 1500 bilet sifariş verdiyi halda, “Qarabağ” hələ də hər hansı bir addım atmayıb.
Onu da qeyd edək ki, iyunun 3-də, saat 20:00-da baş tutacaq final matçında müğənni Röya Ayxan stadiona gələn azarkeşləri konsert proqramı ilə coşduracaq.
Final matçı üçün hazırlanmış özəl fotonu təqdim edirik.