Ölkə futbolu
Bayramınız mübarək!
Bu gün Azərbaycan xalqı 28 May – Respublika Günün&uum…
Bu gün Azərbaycan xalqı 28 May – Respublika Gününü qeyd edir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
AXC təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində ilk demokratik respublika idi. Bu, parlamentli respublika idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Bu dövlət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.
Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günüdü.