Bizi izləyin

Premyer-liqa

Baş katib – Premyer Liqanın "əsas səhmdarı"

2014-2015 mövsümünün ən ümdə sayılacaq had…

blank
2014-2015 mövsümünün ən ümdə sayılacaq hadisələrindən biri klublarımızın Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilmək yolunda atılan ilk addımlardı. Bu, peşəkarlaşma yolunda ən lazımlı addım idi ki, nəhayət, bu yöndə qərarlara start verildi.
 
Sevinəkmi? Bu, müstəqil klubun müstəqil qərarı əsasında müstəqil insanlar tərəfindən həyata keçirilsəydi, düşünmədən alqışlamaq olardı. Təəssüf ki, düşünməyə vadar edən faktlar ASC-lərin yağışdan sonra göbələk kimi bitməsinin səbəblərini araşdırdıqda, acı reallıqları üzə çıxarır.
Sirr deyil ki, klubların uğurları PFL-in, millinin nəticələri isə AFFA-nın adına bağlıdı. Nəticələr haqda danışmağa ehtiyac yoxdu. Günü-gündən reytinqini aşağı salan AFFA-nın baş katibi Elxan Məmmədov indi də fərqli manevrə əl atıb: "Azərbaycan klublarının zəbt edilməsi planı". 
İlk "qaranquş" "Sumqayıt" oldu. "Gənclik şəhəri" təmsilçisinə prezident təyin olunan Kamran Quliyev baş katibə ümumi komanda sayının 10 faizini gətirdi. Andrey Popoviç, Məhəmməd Qurbanov, Mirzağa Hüseynpur, Pərdis Fərcad-Azad, Kiyan Sultanpur – Allah bərəkət versin. Milli pasportla təchiz olunan dünyanın dörd tərəfindən gəlmiş, amma ümumilikdə 4 qəpik dəyərləri olmayan bu futbolçular baş katibin xeyir-duasıyla "Sumqayıt"da lövbər saldılar. Təlim-məşq toplanışları, futbolçu transferləri, mükafatlar və aylıq maaşlar – belə çörəkdən kim əl çəkər? Qısası, "Sumqayıt" Elxan Məmmədovun şəxsi təsərrüfatına çevrildi. Kim oturduğu ağacın budağını kəsər ki? Bax, buna görə də "Sumqayıt" Premyer Liqanı heç vaxt tərk etmir.
Daha sonra "Neftçi"nin "işğal"ı planı həyata keçirilməyə başladı. Bilirsiniz nə vaxt? Azərbaycan yığmasının Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində Ukrayna "Şaxtyor"u ilə yoldaşlıq oyunu keçirdikdən sonra Məmmədovun verdiyi açıqlamanı xatırlayın: "İstəmirəm ki, "Turan" – "Neftçi" oyunu bir daha təkrar olunsun. Mən bu oyunu "faciə" adlandırdım".
 
Sizcə, baş katib dediyinin fərqində deyildi? Yox, Məmmədov kifayət qədər yüksək intellektə sahibdi. O, "Neftçi"nin Tovuzda aldığı 3:2 hesablı qələbəni qabartmaqla, Sadıq Sadıqov erasının sona çatmasını təmin etdi. Beləliklə, daha bir klubda müşahidə şurası yaradıldı. İlk olaraq, "partizan"ını "ağ-qaralar"da vitse-prezident təyin etdirən baş katib müşahidə şurası yaradıldıqdan sonra onu icraçı direktor kreslosuna otuzdurdu. Beləliklə, "Neftçi" də eyni musiqi sədaları altında rəqs edəcək. Bu da oldu 20 faiz.
"Kəpəz"in Premyer Liqaya buraxılması nə qədər gülməli olsa da, Məmmədovu ümumi balansı xeyrinə dəyişməsi yolunda ictimaiyyətin qınaq obyektinə çevrilməsi belə çəkindirmədi. Ancaq "Kəpəz"də "futbol mətbəxi"mizdə "bişmiş" və "şeytana papış tikməyi" bacaran Mehman Allahverdiyevə bel bağlamaq olmaz. Buna görə də baş katib Gəncə klubunda şəxsi "diversant"ının olmasını istəyib. AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "Kəpəz"də Məmmədovun danışan dili, eşidən qulağı olacaq. Qısası, Allahverdiyevə ayrılan vəsaiti, transfer siyasətini müstəqil şəkildə həyata keçirməsinə imkan verilməyəcək. Bütün hallarda, Nizami diyarının "zəbt"i 30 faizi təmin etdi.
Növbəti 10 faizi "Zirə" təşkil etdi. Seyidağa Babayevin icraçı direktor vəzifəsindən kənarlaşdırılması, sabiq futzalçının tərkib plana daxil olmaması ilə bağlıdı. Tərəzinin bir gözünə Premyer Liqada çıxış, digərində isə Babayevi qoyduqda, əlbəttə ki, mizan bərabərliyi mümkünsüz görünür. İcraçı direktor vəzifəsindəmi, müşahidə şurasındamı… Məmmədovun konkret hansı fiqura etimad göstərəcəyini söyləyə bilmərik. Ancaq mütləq "Zirə" baş katibin 40-cı faizi olacaq.
"İnter" və "Simurq"un "zəbt edilmə" planının zirvə nöqtəsi də Türkiyədə yaşandı. Bu komandaların eyni mənbədən maliyyələşdirildiyini ölkə mətbuatı uzun illərdi yazmaqdan yorulduğu, Məmmədovun "sübut yoxdu" deməkdən yorulmadığı bir vaxtda, özü "qardaşlar"a atəş açdı. Məlum açıqlamdan bir müddət sonra Cahangir Hacıyev Beynəlxalq Bankın sədri vəzifəsindən getdi. İndi zaqatalalılar Lənkərana getməyə belə pul tapmır, "bankirlər" isə nə məşqçi, nə də futbolçularını. Müvəqqətidi, arxayın olun. Yaxınlarda "İnter"də də, "Simurq"da da müşahidə şurası yaradılacaq, icraçı direktor təyin olunacaq və "doğma qardaşlar" "ögeyləşərək" Məmmədov tərəfindən "övladlığa" götürüləcəklər. Özü də buna sevinə-sevinə razı olacaqlar. Axı "uşaq evi"ndə qalmaqdansa, "övladlığa" götürülmək yaxşıdı. Bu cütlüyün də axırına çıxmaqla baş plan həyata keçirildi. İndi Elxan Məmmədovun nəzarəti altında ümumi klub sayının 60 faizi cəmləşib.
Yazının əvvəlinə qayıdaq. ASC-də əsas söz sahibi olmaq üçün səhmlərin minimum 51 faizinə sahib olmalısan. Premyer Liqanın 60 faizini şəxsi nəzarətinə keçirməklə, Məmmədov faktiki olaraq, Premyer Liqanı ələ keçirdi. "Neftçala"da söz sahibi ola bilməyəcəyini qətiləşdirən baş katib 1-ci divizionun çempionu qarşısında "qırmızı işıq" yandırdı. Hafiz Məmmədovun qarşısında "at oynada" bilməyəcini də gözəl anlayan "boz kardinal" "Bakı"nı da məhv etdi. "Qarabağ", "Xəzər Lənkəran", "Qəbələ" və AZAL isə artıq azlıqda qalıblar. Onlara bata bilməyəcəyini başa düşən baş katib fərqli yolla çoxluğa yiyələnib. Əlbəttə, əlindəki baltanı yerə qoymamaq şərti ilə. Yəni, şans yaransa, baş katib mütləq bu klubların da boynunu vurmağa hazırdı. Hələliksə "olana şükür" edir.
Sonda Elxan Məmmədovun biznes layihəsinin gəlir mənbələrini də göstərək. Axı faktiki olaraq, Premyer Liqanı Səhmdar Cəmiyyətə çevirib. Belədə, mütləq şəffaf mühasibat olmalıdı ki, biz də bu yöndə baş katibə yardımçı oluruq.
1) Futbolçu transferləri
2) Əcnəbilərin milliləşdirilməsi
3) Təlim-məşq toplanışları
4) Baş məşqçi təyinatı
5) Totalizator
AĞA
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm