Dünya futbolu
Van Qaal bu futbolçular üçün rəhbərliyə müraciət etdi
"Mançester Yunayted"in baş məşqçisi Lui van…
"Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal yeni mövsüm üçün transfer çalışmalarına başlayıb. Futbolinfo.az xəbər verir ki, hollandiyalı mütəxəssis rəhbərliyə 3 futbolçunun alınması üçün müraciət edib.
Bunlar Kərim Benzema (Real), Edinson Kavani (PSJ) və Harri Keyndi (Tottenhem). Lakin “mankunyanlar” hədəflərinə çatmaqda çətinlik çəkə bilər. Belə ki, “qırmızı şeytanlar” Benzema uğrunda “Arsenal”la mübarizə aparır. “Topçular”fransıza görə 40 milyon funt-sterlinqindən keçməyə hazırdı. Uruqvaylı hücumçu Kavani PSJ rəhbərliyindən transferə çıxarılmasını istəsə də, Keyn son açıqlamasında "Tottenhem"dən ayrılmaq istəmədiyini bildirib.