Dünya futbolu
"Barselona"dan "qızıl dubl"
İspaniya kubokunda 2014/15 mövsümünün qalibi m&uu…
İspaniya kubokunda 2014/15 mövsümünün qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, final matçında "Atletik"ə qalib gələn "Barselona" Kral Kubokunu başı üzərinə qaldırıb.
Cari mövsüm həm də La Liqanın qalibi olan Kataloniya təmsilçisi mövsümdə ikinci kubokunu qazanmaqla “qızıl dubl” edib. Bu “Barsa”nın turnir tarixindəki 27-ci çempionluğu olub ki, katalonlar bununla da özünəməxsus rekordu yenidən qırıb. “Barsa”nı bu sahədə 23 çempionluqla elə “Atletik” və 19 çempionluqla “Real” izləyir.
Qeyd edək ki, bu komandalar sonuncu dəfə 2011/12 mövsümündə də kubok finalında qarşılaşmış və “Barselona" rəqibinə 3:0 hesabı ilə qalib gəlmişdi.
İspaniya kuboku
Final
31 may
Atletik – Barselona 1:3
Qollar: Messi, 20; 74. Neymar, 36 – Viliams, 80.