Ölkə futbolu
Muarem “Qarabağ”dan 150 minlik fərqə görə getdi
“Qarabağ”la müqaviləsi başa çatmaqda olan M…
“Qarabağ”la müqaviləsi başa çatmaqda olan Muarem Muaremin məsələsinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, makedoniyalı futbolçu bundan sonra çıxışını Türkiyənin “Əskişəhərspor” klubunda davam etdirəcək.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Muarem “Qarabağ” rəhbərliyinin 1 illik müqavilə təklifini qəbul etməyib. Buna isə futbolçuya 1 il müqabilində veriləcək məbləğin az olması səbəb göstərilir. Yəni, yarımmüdafiəçi 150 min dollarlıq təklifdən imtina edib. Halbuki, Muarem buna qədər “Qarabağ”da 150 mindən də az məbləğə oynayırdı. Belə olanda isə araya qış transfer dönəmində də Muaremlə maraqlanan və onun keçidində israrlı olan “Əskişəhərspor” girib. Cari mövsümü 11-ci pillədə tamamlayan Superliqa təmsilçisi makedoniyalıya il ərzində 300 min dollar ödəməyə razılıq verib. Bu məbləğ də 26 yaşlı futbolçu üçün göydəndüşmə və başgicəlləndirən olub. Türklərə “hə” deyən Muaremin qarşıdakı 1 həftə ərzində 2 illik müqavilə imzalaması gözlənilir.
Onu da qeyd edək ki, Muarem üçün Türkiyə elə də yad ölkə deyil. Yarımmüdafiəçi 2010-2011-ci il mövsümündə qardaş ölkənin “Orduspor” klubunda çıxış edib. Meydana çıxdığı 25 oyunda 4 qol vurmağı bacaran makedoniyalı daha sonra ölkəsinin “Rabotniçki” klubunda oynamış, ardınca isə “Qarabağ”a transfer olunmuşdu. Maraq üçün bildirək ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da vaxtı ilə “Əskişəhərspor”da çıxış etmişdi.
EMİN SƏFƏROV
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”