Ölkə futbolu
"Azərbaycanlı futbolçuların bacarığına canlı şahidlik etdim"
Bu gün "Bayıl Arena"da “Mançester Yunayte…
Bu gün "Bayıl Arena"da “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı brifinq keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı, buradakı məşqləri keçən ingilis mütəxəssislərdən biri Nik Bennet də iştirak edib.
Bennet seçimlərlə bağlı bunları söyləyib: "Uşaqların ümumi səviyyəsi çox yüksəkdi. Böyük həvəslə regionlarda da seçimlərdə iştirak etdim. Həmin yaş qrupları üzrə azərbaycanlı futbolçuların bacarığına canlı şahidlik etdim. Doğurdan da bu uşaqlardan böyük gözləntilərimiz var. Əsasən onların texniki bacarıqları nəzərdən keçirilir. Bununla yanaşı davranışlara diqqətlə fikir verilir. Seçimlərimiz “Mançester Yunayted”in fəlsəfi baxışlarına söykənir. 1950-ci illərdən bəri indiyə qədər uzun müddət sınaqdan keçirilmiş bir seçim prosesidi. İlk məqsədimiz, burdakı uşaqların bilik və bacarıqlarını inkişaf etdirməkdi. Onların gələcəkdə “Mançester Yunayted” və ya digər klubda oynamasına gəlincə, aydın məsələdi ki, uşaqların potensialları var. Mənim də arzumdu ki, bu uşaqlar arasından “Mançester Yunayted”də oynayanlar olsun".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…