Dünya futbolu
FİFA-da şok qərar: Blatter getdi!
FİFA prezidenti Yozef Blatter vəzifəsindən gedə bilər. Futb…
FİFA prezidenti Yozef Blatter vəzifəsindən gedə bilər. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə bu gün keçirdiyi xüsusi mətbuat konfransında məlumat verib.
Onun seçkidəki qalibiyyətinin üstündən 4 gün sonra verdiyi bu açıqlama birmənalı qarşılanmayıb. Bllatteri bu qərarının FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqəli olduğu deyilir. 79 yaşlı başqan gedişi ilə bağlı bunları deyib: “FİFA-nın yeni seçkiləri üçün növbədənkənar konqres keçirəcəyəm. Mən bu seçkilərdə iştirak etməyəcəyəm”.
Qeyd edək ki, Blatter FİFA-ya 1998-ci ildən rəhbərlik edir. Əlavə olaraq qeyd edək ki, o, ötən ayın 29-u keçirilən seçkilərdə növbəti 4 il müddətinə prezident seçilmişdi.