Ölkə kuboku
Flavinyo: "Qarabağ"a qarşı oynamaq asan deyil"
Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu ke&ccedi…
Bu gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq həlledici matçda "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Zədə səbəbindən həlledici matçda komandasına kömək edə bilməyəcək Bakı klubunun braziliyalı futbolçusu Flavinyo saytımıza açıqlamasında fikrini belə izah edib:
"Komandama kömәk edә bilmәyәcәyim üçüm məyusam. Amma "Neftçi"dәn qәlәbә gözlәyirәm. Çox çәtin rәqibә qarşı oynayacağıq. "Qarabağ" çempion olan komandadı. Әlbәttә ki, bu komanadaya qarşı oynamaq asan deyil. Azarkeşlәr maraqlı matça şahidlik edәcәklәr. Sonda qalib olacağımıza ümid edirәm".
Qeyd edək ki, Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la oyunda xəsarət alan təcrübəli kapitan müalicəsini vətənində davam etdirir. Yarımmüdafiəçi "Neftçi"nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…