Milli komanda
Robert Prosineçki: "Çox çalışmalıyıq"
Bu gün Azərbaycan milli komandası Serbiya millisi ilə yoxlama …
Bu gün Azərbaycan milli komandası Serbiya millisi ilə yoxlama oyununda 1:4 hesabı ilə məğlub olub. Futbolinfo.az xəbər verir ki, Avstriyada keçirilən görüşdən sonra milli komandmızın baş məşqçisi Robert Prosineçki məğlubiyyət belə şərh edib:
“Hesab edirəm ki, yaxşı sınaq oyunu oldu. Birinci hissədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirə bildik. Amma Serbiya millisinin üzvlərinin əksəriyyətinin Avropanın aparıcı klublarında çıxış etməsi nəticəyə təsirini göstərdi. Fərdi ustalıq öz sözünü dedi; qolların birini standart vəziyyətdən – künc zərbəsindən, ikisini isə uzaq məsafədən vurulmuş zərbələrdən sonra buraxdıq. Ümumilikdə, oyunu təhlil etməli olsaq, birinci hissədən razı qaldım. Serbiya millisi kimi komandalarla başabaş mübarizə apara bilmək üçün çox çalışmalıyıq. Toplanışın gedişindən razıyam. Noreç yığması ilə oyuna daha böyük motivasiya və istəklə hazırlaşmalıyıq. Buna nail olsaq, rəqibimizlə eyni səviyyədə oynaya bilərik”.
(Affa.az)
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı