Bizi izləyin

Ölkə futbolu

"Bu, Azərbaycanda bir ilkdi və “Qəbələ”də gerçəkləşir"

"Qəbələ” İdman Klubu tərəfindən futbol meydan&ccedil…

blank
"Qəbələ” İdman Klubu tərəfindən futbol meydançalarının ot örtüyü üzrə mütəxəssisləri üçün təşkil olunan kurslar başa çatıb. Futbolinfo.az xəbər verir ki, ingiltərəli mütəxəssis, artıq uzun müddətdi "Qəbələ"də fəaliyyət göstərən Filip Şarplesin rəhbərlik etdiyi kurslar 1 il 3 ay davam edib. Stadionda çalışan yerli əməkdaşların qatıldığı dərslər imtahanlarla yekunlaşıb. Sonda kursların iştirakçılarına İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) xüsusi sertifikatları verilib.
Şarples kurslar, klubun bu sahədə gördüyü işlər haqda fikirlərini klub saytına açıqlayıb:
“Biz ot örtüyü üzrə mütəxəssis yetişdirməyə bir neçə il əvvəl başladıq. Həmin vaxt cəmi 3 nəfər var idi. Ötən illər ərzində həm onları hazırladıq, həm də meydançaları inkişaf etdirdik, sayını artırdıq. Sonra işçilərin də sayını artırıb, 10 nəfər olduq. Buradakı işimizin hədəfi ot örtüklərini İngiltərə və Avropanın digər ölkələrindəki Premyer Liqa meydançalarının səviyyələrinə gətirməkdi. Bunun üçün təlim keçmiş əməkdaşlar olmalıdı, onlar meydançanı, işi yaxşı anlamalıdılar. Burada əsas məsələ yalnız otu əkmək və ya sulamaq deyil, torpağı, havanı, bioloji və fizioloji xüsusiyyətləri anlamaq gərəkdi. Meydançalara lazımınca qulluq etmək olduqca mürəkkəb işdi. Burada sual çıxır ki, bəs onda nəyə görə Avropadakı meydançalar yaxşı vəziyyətdədi? Çünki, orada insanlar bunları yaxşı anlayır və meydançalara əla qayğı göstərir. Azərbaycanda da eyni işi görməyə çalışırıq. İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutu (Institute of Groundsmanship) ilə əməkdaşlıq çərçivəsində birillik kurs həyata keçiririk. Orada ot örtüyü üzrə dünyanın aparıcı mütəxəssisləri fəaliyyət göstərir. Onlar bizim meydançaları təkmilləşdirmək işinə cəlb olunublar. Bu kurs barədə onlara məlumat verib, 1 il 3 ay müddətində həyata keçirməyə razılaşdıq. Kurs müddətində həftəlik dərslər, motorlu avadanlıqlarla təcrübələr keçirildi, test imtahanları oldu. İştirakçılar hamısı imtahandan çox yaxşı keçdilər. Onlar hazırda işlərinin mahiyyətini yaxşı anlayır, nəyi necə etməli olduqlarını bilirlər. İnanıram ki, bu “Qəbələ”nin uğurlu gələcəyə doğru inkişafına töhfə verəcək”.
Şarples kursda iştirak edənlərin gələcəkdə ot örtüyü mütəxəssisi ola bilməsini mümkün sayır: “Bu, xeyli vaxt tələb edir. Həm də ki, mən ot örtüyü mütəxəssisi deyiləm, aqronomam. Bunlar fərqli peşələrdi. Ot örtüyü mütəxəssisi otlara necə qayğı göstərməyi, dərmanı nə vaxt, necə verməyi yaxşı bilməlidi. Onlar otu necə yetişdirməyi, oyunlardan sonra meydançanın ehtiyac olan yerlərini yeni ot örtüyü ilə təmin etməyi bacarmalıdı. Amma aqronom otun biologiyası barədə daha dərin biliyə malik olur. Əlbəttə ki, onlar nə vaxtsa ot örtüyü üzrə mütəxəssis kimi çalışa biləcəklər. Amma bu, xeyli vaxt, hətta 10 il çəkə bilər. Çünki, meydançalar, ətraf mühit, o cümlədən iqlim fərqlidi. Məsələn, Bakıdakı meydançalar burdakılarla müqayisədə başqa cürdü. Bu, müxtəlif çətinliklər törədir və onları anlamaq 10 il çəkə bilir. Biz hazırda kurs iştirakçıları ilə ilk mərhələni keçdik, onlara işin mahiyyətini anlamağı öyrətdik. İngiltərədə bu sənəti öyrənmək üçün məktəbə gedirlər. Mən universitetdə bu sahə üzrə dərs demişəm. Orada bu sənət üzrə xeyli kurslar da var. Təəssüf ki, Azərbaycanda belə kurslar yoxdu. Mən bir müəllim kimi, öz təcrübəmdən istifadə edərək ölkə miqyasında olmasa da klubda tətbiq etdim”. 
Sertifikata layiq görülən mütəxəssislər arasında yer alan Orxan Yusifov kursların əhəmiyyətini vurğulayıb: “2014-cü ilin fevralında kurslara start verdik. Həftəlik dərslərə Filip Şarples rəhbərlik edirdi. O, Avropada 50 ildən artıqdı fəaliyyət göstərən İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) təsdiqi ilə gəlib, kurs keçirdi. Şarpless bizə keçdiyi mövzuları da bu qurumla razılaşdırmışdı. Bitkinin həm fiziki, həm bioloji quruluşu, torpağın vəziyyəti və onda olan maddələr haqda dərslər keçir, hər həftənin sonunda isə mövzu ilə bağlı testlər verirdik. Sonra isə praktiki hazırlıq keçdik. Burada maşınların sürülməsi, texniki avadanlıqlardan istifadə üzrə dərslərə üstünlük verildi. Gübrəsəpən, dərmansəpən maşınlardan istifadə üzrə də testlər verdik. Bu ilin yanvarında isə 1 il müddətində keçirilənlərlə bağlı imtahan verdik. Bütün bunların sonunda isə ümumiləşdirilmiş imtahanlar verdik. Nəticələri də yaxşı oldu. Artıq sertifikatlar da göndərilib. Bu, Azərbaycanda bir ilkdi və “Qəbələ” klubunda gerçəkləşir. Müəyyən müddət keçəndən sonra əcnəbi mütəxəssis olmadan da ot örtüyü ilə bağlı işin öhdəsindən gələ biləcəyik. Bunun üçün müəyyən vaxt lazımdır. Avropada 6-7 ilə yaxın vaxt lazımdır ki, bu işi öyrənib, müstəqil fəaliyyət göstərmək olsun. Bizdə isə bu iş yenidir. “Qəbələ” klubu tərəfindən şəraitin yaradılması, Şarplesin gəlməsi bizə müstəsna imkan yaradı. Azərbaycanda ilk olmasının nəticəsidi ki, ölkənin digər yerlərində təşkil olunan müxtəlif turnirlər zamanı da bizə dəvətlər gəlir. Lənkəran stadionunda, Bakıda, U-17 qadınlararası dünya çempionatında Şarplesin rəhbərliyi altında bəzi stadionlarda olmuşuq. Klubun dəstəyi ilə xaricə – Türkiyənin “Qalatasaray” və “Kasımpaşa” klublarına getmişik. Bütün bunlar da təcrübəmizə rəng qatır”.
“Qəbələ”nin ot örtüyü üzrə digər mütəxəssisi Elvin Zamanlı kurslar sayəsində biliklərini zənginləşdirdiyini qeyd edib: “Şarples çox güclü mütəxəssisdi. O, dərmanlarla, ot örtüyünə baxmaqla bağlı bildiklərini bizə öyrədir, dərslər keçir. Bu dərslərin nəticəsində imtahan verib, sertifikatlarla təltif olunduq. Şarpless gələnədək yalnız praktiki işləri bilirdik. Artıq otla bağlı, dərman, gübrə verməklə bağlı çox şey öyrənmişik. Otun özəlliklərini bilmişik. İstəyirik gələcəkdə daha yaxşı öyrənib , Azərbaycan futboluna fayda verək. İşimizi sevirik, öyrənmişik, gələcəkdə klubumuza və ölkə futboluna fayda vermək, Şarples kimi dünya, Avropa stadionlarda əməyimizin olmasını istəyərdik”.
 
blankblankblank
Reklam

Reklam


blank
Digər2024-05-03 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-03 09:45

Poçettino: “Kopperfild deyiləm”

blank
Ölkə futbolu2024-05-03 09:27

Qurbanov: “Yerli məşqçiyə güvənmək lazımdır”

blank
Dünya futbolu2024-05-03 09:10

Fransalı futbolçu AÇ-2024-ü buraxacaq

blank
Dünya futbolu2024-05-03 08:51

Messiyə daha bir mükafat

blank
Ölkə futbolu2024-05-03 08:35

“Azərbaycan çempionatı artıq tramplinə çevrilib”

blank
Dünya futbolu2024-05-03 08:17

“Tottenhem” “Çelsi”yə də uduzdu

blank
Milli komanda2024-05-03 08:00

Vay(ss) bizim halımıza?

blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm