Milli komanda
Hoqmo: "Serbiya ilə oyunda göründü ki, azərbaycanlılar…"
Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo Azər…
Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo Azərbaycan yığmasına qarşı keçiriəcəkləri oyundan danışıb. Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında iyunun 12-də Osloda baş tutacaq görüş haqqında fikirlərini bildirib.
Təcrübəli mütəxəssis İsveçlə yoxlama matçə keçirməklərinin əbəs olmadığını deyib: “Azərbaycanın Serbiyaya qarşı keçirdiyi oyunu izlədik. Malta ilə matça da baxmışdıq. Ona görə də rəqibimizi yaxşı tanıyırıq. Onlara qarşı oynamağa hazırıq. İsveçlə oyun da Azərbaycan millisi ilə matça hazırlıq olacaq. Çünki hər iki komandada eyni stildə futbol oynanılır.
Sadəcə yoldaşlıq görüşündəki rəqibimizin heyətində ulduzlar çıxış edir. Elə Zlatan İbrahimoviçin adını çəkmək kifayətdi. İsveçlə oyundan çox Azərbaycana qarşı matçı fikirləşirik. Azərbaycan millisi 4-5-1 taktiki sxemi ilə çıxış edir. Serbiya ilə oyunda göründü ki, azərbaycanlılar ağıllı futbola üstünlük verir”.