Premyer-liqa
"Zirə"dən növbəti transfer
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək…
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Zirə" klubu daha bir futbolçunu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, "Qəbələ"nin yarımmüdafiəçisi Tərzin Cahangirov bundan sonra "Zirə"də çıxış edəcək. Tərəflər 1 illik icarə müqaviləsinə qol çəkib.
Qeyd edək ki, "Zirə" bundan öncə AZAL-dan yarımmüdafiəçi Rəşad Abdullayev və qapıçı Kamal Bayramovu da heyətinə qatıb.