Dünya futbolu
"Liverpul"dan növbəti transfer
İngiltərə nəhəngi "Liverpul" daha bir futbolçu i…
İngiltərə nəhəngi "Liverpul" daha bir futbolçu ilə heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mənbədə bildirilir ki, "qırmızılar" bir müddət öncə sonuncu yerləri tutaraq, Premyer Liqanı tərk edən "Bernli"dən Denni İnqzı transfer edib. 22 yaşlı hücumçunun klubu ilə müqaviləsi iyulun 1-də başa çatacağı üçün "Liverpul" bu transferə görə təzminat ödəməyib.
Qeyd edək ki, ingiltərəli futbolçu 2011-ci ildən "Bernli"də çıxış edirdi. O, 2014/2015 mövsümündə Premyer Liqada oynadığı 35 matçda 11 qol vurub. "Liverpul" isə bundan əvvəl "Mançester Siti"dən Ceyms Milneri heyətinə qatıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib