Ölkə futbolu
Rəşad klubundan AFFA-ya şikayət edib
“Simurq”un hücumçusu Rəşad Eyyubovun “…
“Simurq”un hücumçusu Rəşad Eyyubovun “Xəzər Lənkəran”a keçidi gündəmdədi. Futbolinfo.az xəbər verir ki, bu transferin qarşıdakı günlərdə reallaşacağı gözlənilir.
Buna qədər isə Eyyubov Zaqatala klubundan AFFA-ya şikayət edib. Əldə etdiyimiz məlumata görə, 23 yaşlı hücumçunun şikayətinə onun transfer vərəqəsini hələ də əyalət təmsilçisindən ala bilməməsi olub.
Xəbəri AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyev də təsdiqləyib. Onun sözlərinə görə, Eyyubov 10 gün bundan əvvəl assosiasiyaya şikayət məktubu ünvalnayıb. Malıyev isə hələlik məsələ ilə bağlı “Simurq”un komitəyə açıqlama verməsini gözləyir. Bundan sonra isə məsələnin həlli üçün müvafiq addımlar atılacaq.
Qeyd edək ki, “Simurq”da maliyyə problemi yarandığından futbolçular uzun müddət idi ki, maaş üzünə həsrət qalıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib