Dünya futbolu
"Barselona"ya qarşı danışılmış oyun ddiası: araşdırmalar başladı
İspaniya çempionatının 38-ci turu çərçivəsin…
İspaniya çempionatının 38-ci turu çərçivəsində baş tutmuş "Barselona" – "Deportivo" oyunu böyük əks-səda doğurub. Futbolinfo.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan görüşdən sonra İspaniya mətbuatı bu iddiayla çıxış edib.
Bu nəticə "Depor"a elitadakı yerini qorumağa kifayət edib. Özü də qarşılaşmanın son dəqiqələrinədək qonaqlar hesabda 2:0 üstün olublar.
Matçdan dərhal sonra qonaqların müdafiəçisi Albert Lopo yerli mətbuata verdiyi açıqlama ilə şübhələrin bünövrəsini qoyub: "Hesab bərabərləşdikdən sonra Xaviyə zarafatyanı "özünüzü çox yormayın, nəticə hər ikimizi qane edir", demişdim.
Yerli mətbuat bu məsələyə ciddi yanaşmasa da, İspaniya Kral Federasiyası həm nəticədən, həm də sözügedən açıqlamadan şübhələnib. Artıq araşdırmalara start verilib.
Əgər matçın danışılmış xarakter daşıdığı sübuta yetirilsə, hər iki komandaya texniki məğlubiyyət veriləcək və tərəflər böyük məbləğdə cərimə olunacaqlar. Belədə, "Deportivo" aşağı diviziona yuvarlanacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq