Dünya futbolu
“Qalatasaray” Mario Qomesi gətirir
“Qalatasaray” klubu növbəti mövsüm ü&…
“Qalatasaray” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” “Fiorentina”nın almaniyalı hücumçusu Mario Qomesi transfer etməyə çox yaxındı.
İtalya mətbuatının yazdığına görə, Qomes də “Cim-Bom”a keçməyə müsbət yanaşır. Əlavə olaraq bildirək ki, İstanbul təmsilçisi digər almaniyalı futbolçu Lukas Podolski ilə də maraqlanır.
Qeyd edək ki, 29 yaşlı hücumçu cari mövsüm “Fiorentina”da 32 oyunda meydana çıxaraq 10 qol vurub.