Premyer-liqa
“Qarabağ” İran millisinin hücumçusunu istəyir
Son ölkə çempionu "Qarabağ" yay fasiləsində …
Son ölkə çempionu "Qarabağ" yay fasiləsində növbəti transferini reallaşdırmağa çox yaxındı. Futbolinfo.az xəbər verir ki, ötən gün Fransanın “Lans” klubunda forma geyən Alharbi El Jadeyaouinin keçidini həll edən “atlılar” bu dəfə İran millisnin üzvü Reza Quçannedjada göz dikib.
Əldə etdiyimiz özəl məlumata görə, hazırda tərəflər arasında danışıqlar davam edir. Danışıqlar müsbət yekunlaşsa, futbolçunun birbaşa “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışına qoşulacağı gözlənilir.
Maraq üçün bildirək ki, 27 yaşlı futbolçu 2012-ci ildən İran millisinə dəvət alır. O, meydana çıxdığı 27 oyunda 13 qol vurmağı da bacarıb. Quçannedjad Braziliyada təşkil olunan sonuncu Dünya Çempionatının da itirakçısıdı. O, ölkəsinin yığmasının möhtəbər yarışda iştirak etməsi üçün seçmə mərhələdə Qətər və Cənubi Koreya yığmalarının qapısına yol tapan yeganə oyunçudu.
Müqavilə ilə İngiltərənin “Çarlton” klubuna məxsus olan hücumçu hazırda icarə əsasında Qətərin “Əl-Vakra”sında çıxış edir. Hollandiyanın “Heerenven” klubunun yetirməsi olan forvard “zambaqlar ölkəsi”nin U-16, U-17, U-18, U-19 millilərinin formasını da geyinib. 24 yaşına qədər Hollandiyanın “Heerenven”, “Qou Ehed İqls”, “Emmen”, “Kambur” kimi komandaların şərəfini qoruyan Reza 2011-ci ildə Belçikanın “Sent Trüden” komandasına transfer olunub. Meydana çıxdığı 31 oyunda 18 dəfə fərqlənən forvard daha sonra klubunu “Standart”a dəyişir. 2014-cü ildə İngiltərənin “Çarlton” klubuna keçən Quçannedjad burada möhkəmlənə bilmir və Küveytin “Əl-Küveyt” klubuna icarəyə göndərilir. 10 oyunda 11 qol vuran hücumçunun sonuncu dayanacağı isə Qətərin “Əl-Vakra” klubudu.
Son olaraq qeyd edək ki, futbolçu “Qarabağ”a gəlməyə razılıq versə, onun Ağdam təmsilçisində də icarə əsasında çıxış edəcəyi istisna deyil.
EMİN SƏFƏROV
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar