Ölkə futbolu
“Neftçi” 3 legionerlə güclənəcək: Ruslanla Cavid də qayıtdı
Flavinyo, Kaue da Silva və Erik Ramos istisna olmaqla, bütü…
Flavinyo, Kaue da Silva və Erik Ramos istisna olmaqla, bütün legionerlərini yola salan “Neftçi” çətin vəziyyətdədi. Maaşlarda ciddi azalma olacaq komandada futbolçular aylıq 10 min manatdan çox maaş almayacaq. Heyətdə daha çox gənclərə güvənildiyini nəzərə alsaq, hətta 3-4 min manat maaşa oynayanlar çoxluq təşkil edəcək.
Məlum maliyyə böhranı üzündən qənaət siyasətinə keçməyə məcbur olan bakılılar heyətdə olan, müqaviləsi davam edən əcnəbilərlə də bu barədə razılığa gəlməyə çalışır. Amma Avropa Liqasının startı ərəfəsində rəhbərliyi ən çox narahat edən heyətin gücləndirilməsi qayğısıdı. Heyətin onsuz da, yetərsiz olması azmış kimi, Kaue 1, Ramos 4 oyunda “Neftçi”yə kömək edə bilməyəcək. Avrokuboklar üçün cəzalı olan bu futbolçuların yoxluğunda isə vəziyyət daha da qəlizləşir.
“Neftçi” hər nə qədər maddi cəhətdən axsasa da, heyət problemini yoluna qoymaq üçün əcnəbilərlə güclənməyə məcburdu. Bu səbəbdən rəhbərlik 3 legionerlə anlaşıb və onların transferi razılaşdırılıb. Müdafiənin sol cunahına, eləcə də yarımmüdafiəyə və hücum xəttinə alınacaq bu futbolçuların adı yaxın günlərdə açıqlanacaq.
Bundan başqa, paytaxt klubu ölkə xaricinə icarəyə göndərdiyi 2 futbolçunu da geri qaytarıb. Xorvatiya “Hayduk”undan qayıdan Ruslan Qurbanov, eləcə də “Elazığspor”la icarə müqaviləsi bitən Cavid İmamverdiyev artıq baş məşqçi Samir Əliyevin sərəncamındadı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib