Bizi izləyin

Müsahibə

3 illik ÇL planı: “Neftçi” mərhələli inkişaf strategiyası seçib

“Neftçi”nin icraçı direktoru Elnur Məmməd…

blank
“Neftçi”nin icraçı direktoru Elnur Məmmədovla müsahibəyə çoxdan çalışırdım. Onunla danışmalı çox məqamlar var idi. Ölkənin aparıcı klubunda son zamanlar baş verənlər, eləcə də futbolətrafı olaylar həddindən artıq çoxdu.
Elnur bəylə dünən danışa bildim. Komandanı Avstriyaya yola salan Məmmədov bir sıra problemlərin həlli üçün müvəqqəti olaraq ölkədə ləngiyib. Elə bu fürsətdən istifadə edib dəfələrlə etdiyimiz müraciəti nəhayət ki, müsbət cavabladı.
İcraçı direktorla müsahibənin suallarını bilərəkdən xaotik verdim. Ondan istədiyim cavabı almağa cəhd göstərirdim. Amma etiraf edim ki, o da işini əla bilir, boşuna “Neftçi” kimi kluba təyinat almadığını verdiyi diplomatik cavablarda gördüm. Bununla belə, çətinə düşdüyü məqamlar da oldu.
– “Neftçi”nin icraçı direktoruna ilk olaraq hansı sualı verərdiz?
– Klub haqda rəhbərliyin düşüncələrini bilmək istərdim.
– Zəhmət olmasa, sualınıza özünüz cavab verin…
– Bu barədə geniş brifinq keçirib ictimaiyyətə məlumat verəcəyik. Bizim strateji planlarımız var və onlar açıqlanacaq.
– Nə vaxt?
– Avrokuboklarda ilk təsnifat mərhələsinin oyunları yekunlaşandan sonra.
– Bu, nəticələrdən asılı olacaq?
– Yox. Sadəcə, o vaxt danışmaq üçün çox vaxtımız olacaq.
– Müsahibədən əvvəl söhbətimizdə 3 illik inkişaf strategiyasından bəhs edirdiz. Belə başa düşdüm ki, “Neftçi” indi ciddi şəkildə güclənməyəcək, əsasən gənclərə üstünlük verəcək, ildən-ilə həm heyət formalaşacaq, həm də hədəflər böyüyəcək?
– Yerli oyunçulardan istifadə etməyin güclənməmək demək olduğu ilə razılaşmıram. Hamı elə qəbul edir ki, iddialı olmaq üçün mütləq xaricdən kimləri isə gətirməlisən. Məncə, yerli oyunçulardan düzgün istifadə etməklə onlardan maksimum səmərə götürmək olar. 
– “Neftçi”nin futbolçularının böyük əksəriyyəti gənclərdi. Yəni siz riskin fəsadlarını göz önünə gətirirsiz…
– Təbii ki, bizdə bəzi problemli mövqelər var və komanda güclənməlidi. İndi danışıqlar gedir, daha doğrusu, müqavilələr demək olar, hazırdı, 3 legionerlə anlaşmışıq. Onların adı yaxın günlərdə açıqlanacaq.
– Avrokuboklara cəmi 2 həftə qalıb eee…
– Biz yalnız Avropa Liqasını düşünə bilmərik. Çox komandalar olub ki, avrokubok ərəfəsində gücləniblər, sonra oyunçuların uyğunlaşma problemi üçün vaxtı olmayıb və uğursuz nəticə göstəriblər. Bizim heyətdə yerli gənc oyunçular var və yalnız problem gördüyümüz mövqeləri, xüsusən müdafiəni gücləndirməliyik. Bunu isə avrokuboklarla yanaşı, yeni mövsüm üçün edirik.
– Deməli, yeni komandanı düzgün qurmaq naminə avrokubokda uğursuzluğa razısız.
– Hamı nəticə üçün oynayır. Amma komandadan 6 əsas oyunçu gedibsə, onların yerini doldurmaq çətindi. İndi komanda formalaşacaq, növbəti mövsümlərdə dəqiq seleksiya işi nəticəsində zəif nöqtələri gücləndiriləcək. “Neftçi” Avropa Liqasında qrupa düşüb, indi yeni hədəf Çempionlar Liqasında buna nail olmaqdı. Orada oynamaq üçün strukturumuz da hazır olmalıdı. Bundan sonra məntiqi sonluq kimi, 3 ilin yekununda ÇL-in qrupuna düşməliyik.
– Vaxt yetişəndə hədəfə çatmasaz, necə olacaq?
– Vaxt udmağa çalışmırıq. Bizim üçün hər mövsümə aid olan hədəflər də var. Keçid məqsədlərə nail olmayanda ümumi sonluq üçün problemləri müzakirə edəcəyik. Amma yaxınmüddətli hədəflərə çatdıqca düzgün yolda olduğumuzu görəcək və belədə istəyimizə çatacağıq.
– Avrokubokdakı nəticədən asılı olmayaraq, Samir Əliyevlə yola davam edəcəksiz?
– (Pauza. Bir xeyli duruxur, cümlələri qurmaqda çətinlik çəkir, nəhayət, cavab verir) Bu, Müşahidə Şurasının qərarıdı. Biz Əliyevə inanırıq və onu axıradək dəstəkləyəcəyik.
– Dəqiq cavab…
– Sualı elə qoyursuz ki…
– Gənclərə, Samir bəyə inamınızın böyük olduğunu deyirsiz. Ona görə suala dəqiq cavab istəyirəm. Uğursuzluq olanda ilk olaraq baş məşqçi ayağa verilir. Siz Arif Əaədova da sonadək dəstək olduğunuzu deyirdiz.
– Biz Əsədova çətin situasiyalarda güvəndik, dəstək verdik. O da sağ olsun ki, çətinliklərə, azarkeşlərin təzyiqinə rəğmən, bizi yarıyolda qoymadı. Arif bəy sonadək bu komandadan maksimum fayda əldə etməyə çalışdı. Komanda bir çox real şansları əldən verdi. Düzdü, əvvəlki mövsümdə olduğu kimi, yenə 4-cü olduq, amma təəssüf ki, kubokda çox zəif nəticə göstərdik.
– Yenə Samir bəylə bağlı suala cavab vermədiz…
– Mətbuatda qaldırılan bu cür məsələlər rəhbərliyin məşqçiyə güvənməməsi kimi görünür. Amma hər bir əməkdaşımız klubda iş sahibidisə, deməli, ona güvənilir, ona dəstək var. Sonadək də belə olacaq. Baş məşqçiyə gəlincə, söhbət nəticədən çox onun necə komanda formalaşdırmasından gedir. Çıxıb uduzmaq da olar, əsas odur oyun olsun.
– Əliyevin 2 həftə ərzində görəcəyi işin nəticəsini avrokubok matçları göstərə bilməz axı…
– Samir bəyə ötən mövsüm əvəzediclərdə də belə şans vermişdik. O, Antalyadakı toplanışdan sonra 8-ci yerdə gedən komandanı liderlər sırasına qaldırdı, cəmi 1 oyunu uduzdu. İndi həmin uşaqları əsas komandaya gətirir.
– Deməli, Əliyev komandanı Çempionlar Liqasındakı hədəfə aparacaq məşqçidi? Yoxsa o, komandanı quracaq, hədəflər böyüyəndə başqa biri gələcək?
– Siz belə suallar versəz, bizim dialoq alınmayacaq. Biz istəyirik ki, komandada təcrübəsi olan, ÇL-də qrupa komanda yüksəltmiş məşqçi olsun. Amma indiki halda bu hədəfə doğru niyə də Əliyevlə getməyək? Vaxtilə Qurban Qurbanova da belə təzyiqlər var idi. O isə işi ilə sübut etdi ki, bacarıqlıdı. O zaman “Qarabağ”ın da heyəti güclü deyildi, sadəcə, əldə olan materialdan maksimum yararlandılar. Özümüzünkülərə güvənməli, onların yaxşı işləməsi üçün əlimizdən gələni etməliyik.
– “Neftçi” maliyyə problemi yaşamasaydı, yenə yerli məşqçiyə güvənəcəkdiz?
– Məşqçi seçimində indi də hər hansı problemimiz yox idi, əcnəbi də gətirə bilərdik. Bu gün çoxlu legioner gətirib, Samirdən mütləq nəticə istəmək də məşqçiyə zərbə olardı. Çünki o zaman klub özünü kənara çəkmiş olardı. Guya ki, “əlimdən gələni etdim, məşqçi bacarmadı”.
– Bir sıra əcnəbilərdən imtinanız onların müqaviləsinin başa çatmasına görə idi?
– Onlarla yeni müqavilə də bağlaya bilərdik. Amma kubokun finalında sərgilənən oyuna görə bunu istəmədik. Həmin futbolçular nəticəyə görə məsuliyyət daşıyırdı. Həm finalda, həm də son çempionat matçlarında onların sərgilədiyi oyun bizi qane edə bilməzdi.
– “Neftçi”nin köhnə rəhbərlikdən qalma borcu çoxdu?
– Desəm ki, hansısa oyunçuya verəcəyimiz yoxdu – yalan danışmış olacam. Amma bəzi futbolçular var ki, “Neftçi”dən çox qazanıblar, nəinki klub onlardan. Devalvasiya və s. proseslər bəzi məsələlərə, klublara təsir edib. Problem ondadı ki, FİFA-ya müraciətlər olanda ali qurum heç nəyə baxmadan oyunçunun tərəfini saxlayır. Amma hər şey yoluna düşəcək. Borcumuz çox deyil, heç kimlə ciddi problemimiz yoxdu. Açığı, bəzi məsələlər ortaya çıxıb ki, onların həlli ilə məşğuluq.
– Əsədov istefaya göndərilərkən Müşahidə Şurası qərar vermək üçün belə tələsik harada yığışdı?
– Biz periodik olaraq, sistemli şəkildə yığışır, hadisələrə dərhal reaksiya veririk. Çempionatda “İnter”lə oyundan sonra da gecə yığışıb 3 oyunçunu yola salmışdıq. Bu dəfə də başladılar ki, “nə bilim yolda yığışdılar” və daha nələr. Belə situasiyalarda İdarə Heyəti yığılıb dərhal qərar verməlidi. Biz də bunu etdik. Qəbələ stadionunda əla şərait vardı və biz də yığışıb təcili qərar verdik.
– Sadıq Sadıqovsuz… Ümumiyyətlə, Müşahidə Şurasının son iclaslarına sabiq prezident gəlmir.
– (Bir dəqiqəlik sükut) Deməli… Şuranın bütün üzvlərinə hər iclasdan öncə dəvət göndərir və ya zəng edirik. Əksəriyyət işgüzar adamlardı, onların üzrlü səbəbdən iştirak etməmələri mümkündü. Dəvət etmək borcumuzdu və vəzifə borcumuzu yerinə yetiririk. Gəlib iştirak etmək onların öz işidi.
– Bəli, hamının nəvaxtsa işi çıxa, üzrlü səbəbdən iclasa gəlməyə bilər. Amma həmişə eyni adam?..
– …Bununla bağlı ən dolğun cavabı Sadıq müəllim verə bilər. Xahiş edirəm, özünə müraciət edin.
– Belə münasibət şuranın tərkibinin dəyişməsinə səbəb ola bilər?
– Səlahiyyətimə daxil olmadığı üçün bu suala cavab verə bilmərəm.
– Klub infrastrukturunun inkişafı ilə bağlı nə düşünürsüz?
– Klub inkişaf etməsə, komanda da irəliləyə bilməz. Bütün istiqamətlər üzrə işlər başlayıb. Konkret infrastruktura gəlincə, fəailiyyətimiz davam edir. Çox ümidverici məqamlar var, ancaq hələlik heç nəyi açıqlaya bilmərəm. Klubun ayrı-ayrı yerlərdə olan infrastrukturunu bir yerə yığmaq istəyirik.
– İndiki təlim-məşq bazası “Neftçi” kimi klub üçün yetərlidi?
– Çox balacadı. Heç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu da istədiyimiz şəraiti qurmaq, önəm verdiyimiz uşaq futbolunu inkişaf etdirmək üçün yetərli deyil. Bazada ən azı 4 təbii örtüklü meydança olmalıdı.
– Bakıda belə bir yer gözaltı etmisiz?
– Bakıda elə sahələr çoxdu, bizə hardasa 6 hektarlıq ərazi lazımdı. Bu məsələ hazırda gündəmdədi və həllini tapan kimi bu barədə məlumat verəcəyik.
– “Neftçi” açıq tipli səhmdar cəmiyyət olandan sonra…
– …Klubumuz hələlik MMC-di. Açıq tipli səhmdar cəmiyyət olandan sonra bunun formasını müəyyənləşdirəcəyik. O zaman ictimaiyyətə açıq olmalıyıq, hesabatlar verməli, bütün sorğuları cavablandırmalıyıq. Bu səbəbdən strukturu dəqiq müəyyənləşdirəcəyik. Dəqiq heç nə yoxdu, amma üzərində işlədiyimiz və üstünlük verəcəyimiz ehtimal olunan bir variant var. “Neftçi” xalq komandasıdısa, onun səhmləri da xalqa məxsus olmalıdı. Hansı prosedurla olacaq – bax, bunun mexanizmini hazırlayırıq.
– Son illər komandanın uğurları artdıqca azarkeşləri azaldı. Bu, nonsens idi. Vəziyyəti dəyişmək üçün siz nə edəcəksiz?
– İnsanların tələbatı dəyişib. Amma biz variantlar fikirləşirik. Əminik ki, azarkeşləri stadionlara qaytaracağıq. “Neftçi”nin azarkeşi düşündüyümüzdən də çoxdu. Qalır onları işimizlə tribunalara gəlməyə razı salmaq.
– Bu gün yerli bazarda “Qarabağ”a uduzursuz. Bir oyunçuya həm sizdən, həm də Ağdam klubundan təklif gələndə onlar rəqibinizə üstünlük verir.
– Razıyam. Amma bunun səbəbini bilmirəm. Mənim üçün qaranlıq məqam odur ki, bəzi futbolçular bizdə əsas heyətdə oynamaqdansa, “Qarabağ”da ehtiyatda oturmağı məqsədəuyğun sayır. Onlar oynasınlar, sonra baxarıq.
– Yəqin “İnter”dən ayrılan Coşqun Diniyevi nəzərdə tutursuz.
– Mən ad çəkmirəm. Sadəcə, suala cavab verdim. Təbiidi, futbolçular “Qarabağ”ı çempion olduğu, ÇL-ə getdiyi üçün seçir. Ancaq yenə də bu məsələyə fərqli yanaşıram ki, əvvəlki cavabımda bunu izah etməyə çalışdım. Rəqabətdi, bazardı, hamının daha yaxşı yerdə, daha yaxşı şərtlərlə oynamaq istəməsini də başa düşürəm.
– Bəlkə səbəb puldu?
– Bu suala da cavab vermək istəmirəm. AFFA İcraiyyə Komitəsinin qərarı var və futbolçulara limitdən yuxarı maaş vermək olmaz. Əks halda, onları cəza gözləyir. Kimisə ittiham etmək istəmirəm, amma hamı bu qaydalara əməl etməlidi.
– Mətbuat sizi bezdirib?
– Qətiyyən.
– Hansı yazıya əsəbləşmisiz?
– Heç birinə. Yazıların hamısı məqsədlidi, baxır nə məqsədlə yazılır – xoş yoxsa, bəd niyyətlə. Mətbuatı ciddi şəkildə izləyirik, lazım olanda nəyisə özümüz üçün götürürük.
– “Neftçi”yə gələndən sonra nəyi öyrəndiz?
– (Pauza) Daha səbrli olmağı.
– Bəs, niyə bu qədər fikirləşdiz.
– (Gülür) Elə bu da səbrin əlamətidi.
– O zaman bu suala da səbrlə cavab verin. Elxan Məmmədovun kadrı olmağınızla bağlı deyilənlərdən bezməmisiz?
– AFFA-nın baş katibi ilə əməkdaşlığımız 2009-cu ildən başlayıb. Çox şadam ki, Allah qismət edib, o adamın rəhbərliyi altında işləmişəm. Peşəkardı, ədalətlidi. İdarəetməni ondan öyrənmişəm. Bu dostluqdan və münasibətdən qürur duyuram.
– Niyə bütün AFFA prezidentləri “Neftçi”dən gedib?
– Bircə onu deyə bilərəm ki, “Neftçi”də artıq prezident institutu yoxdu.
VÜSAL MAHMUDOV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Premyer-liqa2024-04-13 16:30

“Qəbələ” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm