Dünya futbolu
Millinin üzvü İŞİD-ə qarşı vuruşacaq – FOTO
“Udineze”nin futbolçusu Ali Adnan qeyri-adi addım …
“Udineze”nin futbolçusu Ali Adnan qeyri-adi addım atması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, iraqlı futbolçu ölkəsinin ordu sıralarına yazılmaq qərarına gəlib.
Hazırda “Qranada”ya icarəyə verilən futbolçu növbəti mövsüm başlayanadək İraq və Suriya qoşunlarıyla bir birgə İŞİD (İraq Şam İslam Dövləti) terorçularına qarşı vuruşmaq fikrindədi. Bu qərarı “Udineze” və “Qranada” rəhbərliyi də təəccüblə qarşılayıb. Müdafiəçinin ordu sıralarına qəbul olunub-olunmayacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, İraq millisinin 21 yaşlı üzvünü 2 il öncə “Qalatasaray” da transfer etmək istəyirdi. Lakin həmin vaxt digər Türkiyə Superliqa təmsilçisi “Rizəspor” “sarı-qırmızılılar”ı qabaqlayaraq, çoxlu pul müqabilində futboçunu heyətinə qata bilmişdi.