Bizi izləyin

Ölkə futbolu

Salam, avrokuboklar!

“Barselona” və “Sevilya”nın Avropanın 2 ən…

blank
“Barselona” və “Sevilya”nın Avropanın 2 ən nüfuzlu turnirinin kubokunu başı üzərinə qaldırmasından elə də çox vaxt ötməmiş, yeni qitəmiqyaslı yarışların püşkatması keçirildi. Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən qoşulacaq “Qarabağ” və Avropa Liqasının 1-ci təsnifat mərhələsindən döyüşə atılacaq “İnter”, “Qəbələ” və “Neftçi” ilk rəqiblərini tanıdı.
“Yaxşı” demək olar?
Çernoqoriyanın “Rudar” və “Mladost” kollektivlərini Avropa nəhəngləri sırasına daxil etmək olmaz. Elə Tiflis “Dinamo”sunun şanlı tarixi də bizləri qorxutmalı deyil.  Axı qarşılaşacaq komandalar “Dinamo” (Tiflis)-1981 və “Neftçi”-66 deyil. Müasir dövrün “Qəbələ”si isə heç də gürcü həmkarlarından zəif deyillər. Albaniya “Laçi”si də digər təmsilçilərimizin rəqiblərindən əlahiddə üstünlüyə malik deyil. 
Komandalarımızın rəqiblərindən çəkindikləri vaxt çoxdan arxada qalıb. Yox, bununla rəqiblərin təmsilçilərimizdən qorxduğunu söyləmək fikrindən uzağıq. Sadəcə, psixoloji mandraj məfhumunun, ən azından ilkin mərhələlərdə müşahidə olunmayacağını düşünürük. Hər halda püşkün nəticələri komandalarımızdan bunu tələb etməyə əsas verir. 
Püşkün nəticələrinə “yaxşı” demək mümkündü? “Bəyin oğurlanması” filmində mərhum sənətkarlarımız Eldəniz Zeynalov və Yaşar Nurinin dialoqundan bu suala cavab tapmaq olar.
“Əkizlər”
Ancaq rəqiblərin adları bizi arxayınlaşmağa da sövq etməməlidi. Bunun üçün “Neftçi” və “İnter”in maliyyə durumunun acınacaqlı vəziyyətdə olmasını göz önünə gətirməyimiz kifayətdi. Maraqlıdı ki, komandalar eyni – "pulsuzluq xəstəliyi"nə düçar olsalar da, çıxış yolunu əks qütblərdə axtarırlar. “Ağ-qaralar” yeniyetmə və gəncləri, habelə ucuz qiymətli sıradan legionerləri heyətə qatmaq yolunu seçiblərsə, “bankirlər” (yəqin keçmiş “bankirlər” desək, daha düzgün olar) analoqu olmayan varianta əl atıblar. Ötən ildən qalan borcları ödəyə bilməyən klub Avropa Liqası öncəsi sıralarını təcrübə poliqonuna çevirib. Klubsuz qalan yerli və əcnəbilərə qucaq açan “İnter” heyətə qatdığı hər bir üzvü ilə imzaladığı müqavilədə “istənilən vaxt azad agent statusu ilə gedə bilərsən” bəndini əlavə edib. Məsələn, Rauf Əliyev iyulun 1-də transfer vərəqini götürüb, komandadan ayrılma hüququna malikdi. Nə olsun ki, ertəsi gün “İnter”i “Laçi” ilə oyun gözləyir?! Üstəlik, “Laçi”nin təmsil etdiyi ölkə ilə bədbin xatirələrimiz də “kefimizə soğan doğrayır”.  Özü də “Neftçi” “Skenderbeu”ya uduzanda nə pul-para problemi var idi, nə də heyət sarıdan korluq çəkirdi. “Mladost” haqda “zəngin təcrübəyə sahib deyillər” ifadəsini işlətmək olardı. Ancaq problem bundadı ki, çernoqoriyalılar heç olmasa mövsümü bir yerdə oynayıblar, oyun üslubunu bir baş məşqçi müəyyənləşdirib. Mövsümü Arif Əsədovun rəhbərliyi altında keçirən “Neftçi”dən isə indi əsər-əlamət qalmayıb. Nə baş məşqçi qalıb, nə də futbolçular. Yəni, zahirən “Neftçi” və “İnter” oxşar durumda olsalar da (bura həm maliyyə durumu, həm də son illər daim çempionatımızın simasını müəyyənləşdirən komanda olduqlarını aid edirik), daxildən tam fərqli mənzərənin şahidi oluruq.  Təxminən belə:
Qriqorçukun “əjdaha”sı
“Qəbələ”yə gəlincə, əyalət təmsilçisi maliyyə böhranını o qədər də hiss etdirmədi. Ancaq qitəmiqyaslı təcrübə sarıdan əziyyət çəkən Roman Qriqorçukun komandası Qafqazın ən adlı-sanlı rəqibi ilə dueldə heç cür favorit göstərilə bilməz. Elə gürcülərin “səpələnmişlər” səbətində qərarlaşmasını xatırlatsaq, dediklərimizin sübutu üçün kifayətdi.  Ancaq “ağacın iki başı var”. Əgər “Qəbələ” elitar Azərbaycan klubu statusu adını daşımaq istəyirsə, avrokuboklarda nəticə göstərməlidi və aşağı olan reytinqini yüksəltmək yolunda ilk addımını məhz “Dinamo”ilə qarşılaşmalarda atmalıdı. Vaxtilə “Qarabağ” da, “Neftçi” də, “İnter” də “səpələnməmişlər” səbətində yer alırdılar. Lakin mərhələ-mərhələ istəklərinə çatdılar. İndi növbə “Qəbələ”nindi. Yəqin ki, klub rəhbərliyi “Bəyin oğurlanması” filminə baxmış olar. Baxıblarsa, mütləq Qriqorçuka mərhum Mirzə Babayevin səsləndirdiyi sualı verməlidirlər: “Qarabağ”, “Neftçi”, “İnter” bacarıbsa, “ o əjdahadan “Qəbələ”də niyə olmasın?
"We are the champions" 
Desertə saxladığımız “Qarabağ”a ümidlər daha çoxdu. Çernoqoriya “Rudar”ı ilə görüşlərdə ehtiyatı əldən vermək olmaz. Azərbaycan çempionunun mövsümün əvvəlində həmişə bir qədər ağır göründüyünü unutmaq olmaz. Belədə, əlbəttə ki, ilk oyunu səfərdə keçirmək daha əlverişli olardı. Çünki Çernoqoriyada əks-hücum taktikasını seçib, ən pis halda heç-heçəyə oynamaq olardı. İndi isə Qurban Qurbanovun yetirmələri evdə mütləq qələbəyə oynamağa məhkumdular. Bu, “Rudar”a müəyyən üstünlük qazandırsa da, ağdamlılar ilk səddi keçməyə məhkumdular. Doğrudu, Azərbaycan çempionunun heyəti bəzi dəyişikliklərə məruz qalıb. Ancaq bu da komandamıza olan ümidləri azaltmır. Əksinə, digər 3 kluba baxdıqda, Qurbanovun komandasına ümidlər daha böyükdü. Bütün hallarda təcrübə və heyət üstünlüyü təmsilçimizin tərəfindədi. Qalır bunu kağız üzərindən meydana daşımaq. Bu mahnıya layiq olduqlarını Avropa meydanlarında da sübut etməyə borcludular!
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm