Ölkə futbolu
"Qəbələ"nin 10-cu transferi – FOTO
2015/2016 mövsümü öncəsi heyətini gücləndi…
2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan “qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb.
Əyalət təmsilçisi rumıniyalı futbolçu George Floresku ilə dünən axşam saatlarında 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın "Astra" klubu olub.
George Floresku ölkəsinin U-21 və əsas milli komandalarının formasını geyinib.
(Klub saytı)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza