Ölkə futbolu
“İnter” Abdullayevlə danışıqlar aparır
Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter&…
Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, mövsüm sonunda heyətin yarsını yolda salan “bankirlər” komandaya yeni futbolçular cəlb etmək üçün də işlər görür.
Əldə etdiyimiz məlumata görə, bakılıların anlaşmağa çalışdığı futbolçulardan biri də Elnur Abdullayevdi. Hazırda yarımmüdafiəçi ilə danışıqlar gedir. Klubsuz olan Abdullayevlə danışıqlar uğurlu alınsa, 29 yaşlı yarımmüdafiəçi də komandanın hazırlıqlarına qoşulacaq.
Qeyd edək ki, Abdullayev “Simurq”da yaranan maliyyə problemindən sonra klubu tərk edib. Bir müddət öncə onun "Sumqayıt"la razılığa gəldiyi deyilirdi. Görünür, tərəflər anlaşa bilməyib.