Ölkə futbolu
AZAL-ın sınaqçı rəqibləri bəllidi
Növbəti mövsümün hazırlıqlarını davam etdirə…
Növbəti mövsümün hazırlıqlarını davam etdirən AZAL-ın Azərbaycanda keçirəcəyi yoxlama matçlarının vaxtı bilinib. Futbolinfo.az xəbər verir ki, artıq rəqiblər də bəllidi.
Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovdan aldığımız məlumata görə, “təyyarəçilər” iyulun 7-də Bakıda “Kəpəz”lə, 11-də isə Sumqayıtda şəhərin eyniadlı komandası ilə gücünü sınayacaq. Bundan sonra şüvəlanlılar hazırlıq məqsədi ilə Türkiyəyə yola düşəcəklər.