Ölkə futbolu
FİFA “Şəfa” stadionuna lisenziya verdi
FIFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiy…
FIFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim edəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, ali futbol qurumunun müvafiq komissiyasından alınan məlumata əsasən, stadion beynəlxalq standartlara cavab verir və arenaya 2 ulduzun verildiyini təsdiqləyən sertifikat yaxın günlərdə "İnter"ə təqdim olunacaq.
Qeyd edək ki, sertifikat 1 il müddətinə qüvvədə olacaq.