Ölkə futbolu
Kamran Ağayev "Xəzər Lənkəran"ın məşqində
Növbəti mövsümə hazırlıq məqsədi ilə iyunun 28-d…
Növbəti mövsümə hazırlıq məqsədi ilə iyunun 28-də Türkiyənin Nevşehir şəhərinə üz tutacaq "Xəzər Lənkəran" hələ ki Bakıdadı. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" ötən gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında çalışıblar.
Əldə etdiyimiz məlumata görə, həmin məşqdə Lənkəran klubunun sabiq qapıçısı Kamran Ağayev də olub. Lakin 29 yaşlı qolkiper hazırlıq prosesində iştirak etməyib. O, keçmiş komanda yoldaşlarının məşqini kənardan izləyib.
Ötən mövsümün yarısını Türkiyənin "Kayserispor" klubunda keçirən dəri əlcək sahibi çempionat başa çatdıqdan sonra Bakıya qayıdıb. Ağayev sözügedən meydançada məşq edərkən, cənublular da oraya gəlib. Kamran isə həmin yeri tərk etməyərək, kənardan məşqi izləyib.
Qeyd edək ki, millimizin üzvü 2006-2012-si ildə "Xəzər Lənkəran"da çıxış edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”