Dünya futbolu
"Yuventus" hücumçusunu satdı
Son İtaliya çempionu "Yuventus" gənc futbolç…
Son İtaliya çempionu "Yuventus" gənc futbolçusu Domeniko Berardi ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, turinlilər hücumçunu digər İtaliya təmsilçisi "Sasuolo"ya satıb.
Yerli mətbuatın yazdığına görə, "qara-yaşıllar"da icarə əsasında çıxış edən 20 yaşlı forvard birdəfəlik həmin klubun futbolçusu olub. Bu keçid üçün "Yuventus"a 10 milyon avro ödəniləcək.
Qeyd edək ki, italiyalı millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Berardi ötən mövsüm "Sasuolo" forması ilə 32 matçda 15 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.