Ölkə futbolu
"Qarabağ"dan daha bir ilk
“Qarabağ”dan daha bir ilk. Futbolinfo.az xəbər ver…
“Qarabağ”dan daha bir ilk. Futbolinfo.az xəbər verir ki, bugündən etibarən “Qarabağ” haqqında bilgi əldə etmək çox rahat olacaq.
Azərbaycan klubları arasında ilk dəfə olaraq “Qarabağ” klubuna məxsus tətbiqetmə (application) ictimayyətin diqqətinə təqdim olunur.
Artıq tam yeni, rəngarəng və istifadəyə rahat “Qarabağ” tətbiqetməsini yükləyərək komanda haqqında bilgiləri rahatlıqla əldə edəcəksiniz.
Tətbiqetmə klubun rəsmi saytının bütün informasiyasını özündə daşımaqla yanaşı bir sıra funksiyaları ilə də istifadəçilərə əlverişli imkanlar yaradacaq.
Ağdamlıların oyunu olduğu zaman gələn bildirişlər, daimi yeniliklərlə bağlı xəbərdarlıqlarla komandaya daha yaxın olacaqsınız.
Rəngərəng fotoqalereyalar, videolar, xəbərlər və başqa xüsusiyyətlərlə “Qarabağ” tətbiqetməsində görə bilərsiniz.
Artıq “Qarabağ” haqqında hər şey bir toxunuşunuz qədər yaxınınızda olacaq.
Qeyd edək ki, “Qarabağ” tətbiqetməsi həm İOS, həm də Android platformalı mobil cihazlar üçündür. Hər 2 sistemin PLAYSTORE tətbiqetmə mağazasında Qarabağ(g)(gh) axtarış verməklə tətbiqetməni rahatlıqla,heç bir ödəniş etmədən telefonunuza yükləyə bilərsiniz.
(Klub saytı)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar