Dünya futbolu
“Fənərbaxça” Əmrə Bəlözoğlunu qovdu
Türkiyə millisinin sabiq üzvü Əmrə Bəlözoğlu …
Türkiyə millisinin sabiq üzvü Əmrə Bəlözoğlu “Fənərbaxça”dan qovulub. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin bitən müqaviləsi yenilənməyincə o, komandadan uzaqlaşdırılıb.
Türkiyəli həmkarlarımıza açıqlama verən Əmrə komandadan göndərildiyi xəbəri televiziyadan eşitdiyini deyib: “Mənimlə görüşəcəklərini demişdilər. Üstünlüyü hər zaman “Fənərbaxça”ya verdiyim üçün başqa komandalarla danışıq aparmadım. Ancaq görünür mənimlə danışmağa ehtiyac görməyiblər. Xəbəri televiziyadan öyrəndim. Belə ayrılmaq xoş deyil”.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi arada 1 il fasilə olmaqla 2008-ci ildən “Fənərbaxça”da çıxış edib.

- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi