Dünya futbolu
Blatter danışdı
FİFA prezidenti Yozef Blatter istefa verməsindən sonra nəhayət ki…
FİFA prezidenti Yozef Blatter istefa verməsindən sonra nəhayət ki, mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, isveçrəli funksioner gedişinin səbəbini açıqlamaqla yanaşı, növbəti seçkilərə qatılıb-qatılmayacağı sualını da cavalandırmalı olub.
Blatter səmimiyyətdən dəm vurmağı da unutmayıb: “Hesab edirəm ki, verdiyim qərar ən doğru addım idi. Bunu səmimi qərar kimi də səciyyələndirərdim. Bu, həm rəhbərlik etdiyim qurum, həm də əməkdaşlarımız üzərindəki təzyiqi azaltmaq üçün yeganə vasitə idi. Eyni zamanda sponsorlar tərəfindən də təzyiqlər var idi. FİFA-nı atəş xəttindən çəkmək lazım idi”.
Blatter növbəti seçkilərdə iştirakı ilə bağlı bir başa verilən sualdan isə yayınıb: “Namizəd deyiləm, ancaq hələ ki, prezidentəm və FİFA-nı yaxşı vəziyyətdə təhvil vermək istəyirəm”.
Qeyd edək ki, Blatter mayın 30-da 5-ci dəfə FİFA prezidenti kreslosuna yiyələnib, lakin 4 gün sonra istefa verib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı