Dünya futbolu
“Qalatasaray”dan növbəti transfer
“Qalatasaray” klubu növbəti mövsüm ü&…
“Qalatasaray” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” “Ridinq”in yarımmüdafiəçisi Cem Karacanı transfer edir.
“Skay Sports”un verdiyi məlumata görə, “Qalatasaray” klubu yaxın günlərdə Cemlə üç illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 2007-ci ildən “Ridinq”də çıxış edən 26 yaşlı futbolçu müəyyən vaxtlarda Türkiyənin müxtəlif yaşlar üzrə milli komandalarında da forma geyinib.