Dünya futbolu
İsveç çempion oldu
Çexiyada təşkil olunan 21 yaşlı futbolçular arasınd…
Çexiyada təşkil olunan 21 yaşlı futbolçular arasındakı Avropa Çempionatı başa çatıb. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə İsveç və Portuqaliya üz-üzə gəlib.
Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmada çempion penalitlərdən sonra müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (4:3) isveçlilər yekunda turnirin qalibi olub.
Qeyd edək ki, qitə çempionatı iyunun 17-də start götürmüşdü.