Ölkə futbolu
"Xəzər Lənkəran" "Kayserispor"la qarşılaşacaq
Türkiyənin Kapadokya bölgəsində yeni mövsüm&uum…
Türkiyənin Kapadokya bölgəsində yeni mövsümün hazırlığını davam etdirən “Xəzər Lənkəran” toplanışın beşinci günündə də məşqlərini səhər və axşam olmaqla iki hissəyə bölüb. Futbolinfo.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında müxtəlif fiziki təmrinləri və çalışmaları yerinə yetirən futbolçular axşam məşqində isə baş məşqçi Yunis Hüseynovun taktiki tapşırıqlarını yerinə yetirirlər.
Bu gün də daxil olmaqla qarşıdakı 3 gündə "ağ-yaşıllar"ın düşərgəsinə dörd yeni futbolçunun gəlməsi gözlənilir. Qapıçı mövqeyi də daxil olmaqla yarımmüdafiəçi və hücumçu mövqeyini gücləndirmək üçün dəvət olunan futbolçular haqqında son qərarı baş məşqçi Yunis Hüseynov verəcək.
Bu arada “Xəzər Lənkəran”ın toplanış müddətində ilk sınaqçı rəqibi artıq bəllidi. Cənub təmsilçisi iyulun 8-də Türkiyənin “Kayserispor” klubunun A2 komandası ilə qarşılaşacaq.
(Klub saytı)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib