Dünya futbolu
Arda Turan rəsmən "Barselona"da!
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan&nbs…
Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan “Barselona”ya transfer olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə katalonların rəsmi saytından məlumat verilib.
Belə ki, son çempion Madrid “Atletiko”sunun futbolçusunu 34 milyon avroya heyətinə qatıb. Lakin "barsa" gələn mövsüm La Liqa çempionu olsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləsə, paytaxt təmsilçisinə daha 7 milyon avro ödəniləcək. Klub gələn mövsüm La Liqa çempionu olsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləsə, madridlilər daha 7 milyon avro gəlir əldə edəcəklər. Arda “Barselona” ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, FİFA-nın transfer cəzası səbəbi ilə Ardanı yanvar ayına kimi rəsmi oyunlarda oynada bilməyən “Barselona”, futbolçunu bir müddətə “Qalatasaray”a icarəyə verəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq