Ölkə futbolu
"Qarabağ" qayıdır
"Qarabağ" Avstriyada keçdiyi təlim-məşq toplanı?…
"Qarabağ" Avstriyada keçdiyi təlim-məşq toplanışı sona yaxınlaşır. Futbolinfo.az xəbər verir ki, iyunun 18-dən Kössen qəsəbəsində hazırlıqlarını davam etdirən "atlılar" ötən gün sonuncu məşqinə çıxdı.
Ağdam təmsilçisi yerli vaxtla saat 19:30-da (Azərbaycan vaxtıyla 22:30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik çalışma yerinə yetirdi. Qurban Qurbanovun komandasının məşqi taktiki çalışma üzərində baş tutdu.
Bu gün sonuncu yoxlama oyununa çıxacaq komandanın rəqibi Rusiya "Lokomotiv"i olacaq. Oyun Kössen qəsəbə stadionunda keçiriləcək. Oyunun başlama saatı 18:30-a (Azərbaycan vaxtıyla 21:30) nəzərdə tutulub. Oyun klubun rəsmi "YouTube" kanalı ilə canlı olaraq yayımlanacaq.
Oyunun sabahı, İyulun 8- isə ağdamlılar Azərbaycana qayıdacaq. Komanda Münhen – İstanbul – Bakı reysiylə vətənə dönəcək.
(Klub saytı)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq