Dünya futbolu
Arda Turan transferi "Qalatasaray"a da pul qazandırdı
Türkiyəli məşhur futbolçu Arda Turanın "Atletiko&…
Türkiyəli məşhur futbolçu Arda Turanın "Atletiko"dan digər İspaniya nəhəngi "Barselona"ya transferi onu yetişdirən "Qalatasaray"da xeyir gətirəcək. Futbolinfo.az xəbər verir ki, yetirməsinin dünyaca məşhur kluba keçməsinə ürəkdən sevinən İstanbul təmsilçisi həm də pul qazanacaq.
Qardaş ölkə mətbuatının yazdığına görə, buna vaxtilə Madrid klubu ilə "Cim-Bom" arasında bağlanan müqavilədəki bənd səbəb olub. Belə ki, Anlaşmaya əsasən "Qalatasaray" bu keçidə görə 2.5 milyon avro qazanacaq.
Qeyd edək ki, 2011-ci ildə 12 milyon avro qarşılığında "Atletiko"ya keçən Arda 41 milyona "Barselona"ya satılıb. Türkiyə millisinin üzvü Kataloniya klubu ilə 5 illik müqavilə başlayıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar