Ölkə futbolu
Dmitri Nazarov: "Etiraf etməliyəm ki…"
Yığma komandamızın milliləşdirilmiş futbolçusu Dmitri Na…
Yığma komandamızın milliləşdirilmiş futbolçusu Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasında çıxış edən “Karlsrue”nin heyətində hazırlıq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Çexiya “Pribram”ı ilə baş tutan qarşılaşmada hücumçu 90 dəqiqəni əvəzlənmədən keçirib.
Avstriyanın Şeffau şəhərində təlim-məşq toplanışı keçən “Karlsrue” ilk yoxlama oyununda İlian Miçanskinin vurduğu yeganə qol sayəsində qalib gəlib. Oyunla bağlı fikirlərini bölüşən Nazarov, rəqibin səviyyəsinin aşağı olduğunu qeyd edib:
“Təlim-məşq toplanışlarında hər yoxlama görüşünün əhəmiyyəti var. Əlbəttə, ilk oyun həmişə ağır alınır. İlk dəqiqələrdən hiss olunurdu ki, çexiyalılar qalib gəlmək istəyirlər. Olduqca sərt, bəzən isə kobud mübarizə aparırdılar. Lakin etiraf etməliyəm ki, səviyyəcə bizdən xeyli aşağı idilər. Toplanış zamanı maksimum fayda götürməliyik. Bütün hallarda, ilk yoxlama görüşündə qalib gəlməyimiz bizi çox sevindirir”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar