Ölkə futbolu
Gequçadze Qriqorçukdan sonraya qaldı
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çər…
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Qəbələ” – “Dinamo” (Gürcüstan) matçı öncəsi komandaların baş məşqçilərinin keçirəcəkləri mətbuat konfranslarının vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, KİV təmsilçiləri qarşısına ilk olaraq Roman Qriqorçuk çıxacaq.
“Qəbələ”nin ukraynalı baş məşqçisinin mətbuat konfransı saat 19:30-a planlaşdırılıb. Bundan yarım saat sonra isə “Qəbələ” mat öncəsi son məşqinə çıxacaq.
Georgi Gequçadzenin mətbuat konfransı isə saat 20:30-a planlaşdırılıb. Saat 21:00-da yetirmələrini Qəbələdə ilk və sonuncu məşqinə çıxaracaq gürcü mütəxəssis yarım saat ərzində KİV təmsilçilərinin sorğu-sualına tutulacaq.
Qeyd edək ki, “Qəbələ” – “Dinamo” (Tİflis) qarşılaşması iyulun 9-da, saat 21:00-da start götürəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar