Ölkə futbolu
Leroy Corcun yeni klubu rəsmən məlum oldu – FOTO
Bir müddət öncə “Qarabağ”la yollarını ayır…
Bir müddət öncə “Qarabağ”la yollarını ayıran Leroy Corcun yeni klubu bəlli olub. Futbolinfo.az xәbәr verir ki, hollandiyalı oyunçu Türkiyə PTT 1-ci Liqası təmsilçisi "Göztepe"yə transfer olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İzmirlilər Corcla 2 illik müqavilə imzalayıb. Hollandiyalı futbolçu komandada ilinə 250 min avro qazanacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İzmirlilər Corcla 2 illik müqavilə imzalayıb. Hollandiyalı futbolçu komandada ilinə 250 min avro qazanacaq.
Qeyd edək ki, İzmir klubu yarımmüdafiəçi ilə daha öncə də danışıqlar aparmağına baxmayaraq, maliyyə cəhətdən anlaşa bilməmişdi. 28 yaşlı futbolçu "Göztəpə"dən illik 450 min dollar maaş tələb etmiş, türkiyəlilər isə bu keçidi 275 min dollara həll etmək niyyətində idi. Leroy "Qarabağ"la da maddi məsələlər ucbatından anlaşa bilməmişdi. Görünür, bu maaşa yeni klub tapa bilməyəcəyini anlayan Surinam əsilli oyunçu daha az məbləğə də razı olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”