Müsahibə
"Rudar"ın kapitanı: "Qarabağ" bu gedişlə Avropanın güclü klublarından biri olacaq"
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Q…
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Çernoqoriya təmsilçisi “Rudar”ın kapitanı Nedyelko Vlahoviçin futbolinfo.az saytına müsahibəsi:
– “Qarabağ”la matçdan nə gözləyirsən?
– Böyük komandaya qarşı çətin oyun olacaq. Ümid edirəm ki, ən azından yaxşı nəticə qazana bilərik. Amma “Qarabağ” güclü rəqibdi.

– Rəqibinizi hansı cəhətlərinə görə üstün sayırsan?
– Öncə Azərbaycanda futbola göstərilən qayğıdan danışmaqm istəyirəm. Hər il bu ölkədə futbol daha da inkişaf edir. Yaxşı nəticələr olur. Məsələn, keçən mövsüm “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “İnter”, “Dnepr” və “Sent-Etyen” kimi komandalara qarşı mübarizə aparıb. Hətta qrupdan çıxmağa da yaxın idilər. Hakimin yanlış qərarı onları növbəti mərhələdən etdi.

– Ağdam klubunun oyunlarını izləmisiz?
– Onların Avstriyada keçirdiyi yoldaşlıq görüşlərinə baxdıq. Bir də son mövsüm çempionatda bəzi matçlarını izlədik. Məndə çox ciddi təəssüratlar yaratdı. Həqiqətən əla komandadı.

– “Qarabağ”ın ötən mövsüm Avropa Liqasının qrup mərhələsindəki oyunlarını izlədinizmi?
– Bəli. “İnter”lə Bakıdakı və “Dnepr”lə Kiyevdəki oyunlara baxdım. Çox yaxşı oyun göstərdilər. “Qarabağ” bu gedişlə Avropanın güclü klublarından biri sayılmağa başlayacaq.
– Püşk atılanda Azərbaycan klubu ilə düşdüyünüz üçün sevindiniz, yoxsa üzüldünüz?
– Püşkdən heç də razı qalmadıq. Bəxtimizə çox güclü komanda düşdü. Çünki istər ölkə olaraq Azərbaycan Çernoqoriyadan, istərsə də klub olaraq “Qarabağ” “Rudar”dan üstündü.

– Qurban Qurbanovun Serbiya və Çernaqoriyaya vurduğu 2 qollu sən də xatırlayırsan?
– Əlbəttə. O qollar hələ də yadımdadı.
– Əlbəttə. O qollar hələ də yadımdadı.
– İlk oyun Bakıda olacaq. Paytaxtımızda sizi hansı nəticə qane edəcək?
– İndidən danışmaq çətindi. Hər iki oyunda daha yaxşı oynamalıyıq. Ümid edirəm ki, səfərdən bizə sərf edən nəticə ilə qayıdacağıq. Heç-heçə yaxşı nəticə sayıla bilər. İnanıram ki, bunu bacaracağıq.

– “Qarabağ”ın heyətində hansı futbolçuları fərqləndirə bilərsən?
– Reynaldo. O, çox yaxşı futbolçudu. Baxıram ki, hər oyun qol vurur. Deməli ona xüsusi diqqət yetirməliyik. Lakin digər futbolçuları Riçard Almeyda, Ansi Aqollini də unutmaq olmaz.

AĞA
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi