Ölkə futbolu
PFL püşkatma üçün komanda tapmır
Topaz Premyer Liqasında yeni mövsümün püşkü…
Topaz Premyer Liqasında yeni mövsümün püşkünün nə vaxt atılacağı bəlli deyil. Peşəkar Futbol Liqası (PFL) rəsmi tarix açıqlamasa da, bu tədbirin iyulun 15-20-si arası keçiriləcəyi gözlənilirdi.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, rəsmi açıqlanmasa da, bütün klublara ayın 15-də püşkatmanın olacağı, iştirak üçün müraciətlərini göndərmələri ilə bağlı xəbər göndərilibmiş. Mövsümün startına 3 həftə qaldığından püşkün elə bugünlərdə atılması tamamilə məqsədəuyğundu. Amma komandalarda vəziyyətin qeyri-müəyyən olması üzündən bu tədbir təxirə salınıb.
Belə ki, hazırda AZAL və “Simurq”un taleyi qaranlıqdı, “Kəpəz” və “Sumqayıt”da da maddi məsələlər yoluna qoyulmayıb. Elə “İnter”lə “Neftçi”də hər şey ideal deyil. Elə bu səbəbdən püşkatma qeyri-müəyyən vaxta təxirə salınıb. Klubların gözlədiyi maddi yardımın ləngiməsi hətta çempionatın da planlaşdırılan vaxtdan gec start götürməsinə səbəb ola bilər.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib