Bizi izləyin

Müsahibə

Tahir Süleymanov: "Bəzi ideoloqlar klub futbolumuzu dağıtdı"

Avrokubok mövsümü yenicə start götürüb….

blank
Avrokubok mövsümü yenicə start götürüb. Deməli, Azərbaycan klubları üçün qitəmiqyaslı yarışlarda ən isti vaxtdı. Artıq bir itki vermişik. “Neftçi” “poliqon”u erkən tərk etdi. Avrokuboklarda komandalarımızın çıxışını, habelə Topaz Premyer Liqasının səviyyəsinin aşağı enməsinin səbəbləri barədə “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun fikirlərini öyrəndik:
– İlk növbədə Avropa Liqasında mübarizə aparan "Qəbələ" və "İnter"ə uğurlar arzulayıram. Hər iki klubumuzun sərfəli nəticə ilə qayıdacağına inanıram. "Neftçi" turnirdə mübarizəni dayandırdı. Bu barədə çox danışılıb. "Maldost" kimi zəif rəqibə uduzmaq yolverilməz idi. Ötən axşam "Qarabağ" da mübarizəyə qoşuldu. Nəticəyə görə təşvişə düşmək lazım deyil. Fikrimcə, klubumuz cavab oyununa yaxşı hazırlaşaraq, mərhələni adlayacaq. "Rudar"ın futbolçuları taktiki baxımdan çox savadlı oyanyırlar. Amma bu o demək deyil ki, onlar "Qarabağ"dan güclü komandadırlar. Çempionarımızın səviyyəsi aşağı olarsa, klublarımızdan Avropada böyük nəticə gözləmək düzgün deyil. Çox təəssüf ki, çempionata süni şəkildə zərbə vuranlar ümumilikdə Azərbaycan futboluna zərbə vurdular. Misal kimi Avropa Oyunlarının Çimərlik Futbolu yarışlarında Azərbaycan millisinin rüsvayçı nəricələrinə baxmaq kifayətdi. Bu nəticə Azərbaycan futbolunun hazırkı səviyyəsinin əyani göstəricisi idi. 
– "Mladost"  "Dinamo" (Tiflis)  və "Laçi"dən o qədər güclü idi ki, təmsilçimiz onlarla bacarmadı?
– Müqayisə olunmayacaq qədər fərqlər var. "Mladost" həvəskar bir komanda idi. Bunu bütün Azərbaycan gördü. "Neftçi" "Mladost"a ölkə çempionatının bitməsinə bir neçə tur qalmış uduzmuşdu. Klubda strategiyanın düzgün aparılmaması, Elvin Yunuszadənin, Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması və çempionat bitən kimi bir çox futbolçunun komandadan göndərilərək yerinə əcnəbi futbolçuların gətirilməsi klubun hazır olmamasını göstərdi. O ki, qaldı komandada gəncləşdirmə siyasətinin aparılmasına, bu boş xülyadan başqa bir şey deyil. Yeni transfer olunan ispan futbolçu, meydanda olan Aqil Məmmədov, Araz Abdullayev, Kaue, hətta Samir Məsimov gənc futbolçular deyildilər. Samir pasportuna görə gəncdi, Azərbaycan Kubokunu qazanmağımızda onun böyük rolu olmuşdu. “Qəbələ”nin qapısına vurduğu qolu xatırlasaq bəs edər. Meydançaya çıxan futbolçunun şəxsiyyət vəsiqəsinə, onun yaşına baxılmır. Dünya futbolunda gəncləşdirmə siyasəti adında bir şey yoxdur. "Neftçi" tarixi uğuru qazananda Elvin Yunuszadə, Cavid İmamverdiyev, Araz Abdullayev heyətdə öz yerlərini almışdılar. Səviyyəli futbolçu istər Flavinyo, istərsə də Reynaldonun yanında özünə yer edə biləcək. Süni şəkildə, rəqabətsiz olaraq gənclərə komandada yer veriləcəksə inkişafdan söhbət gedə bilməz. 
Ümumiyyətlə, "Neftçi" ekspermetn klubu deyil. "Neftçi" Azərbaycan futbolunun tarixidir. "Neftçi"ni başqa klublarla səhv salmaq olmaz. Əgər Flavinyo komandadan gedəcəkdisə onu vaxtında yola salmaq lazım idi və əvəzinə lazımi səviyyədə legioner gətirmək olardı. Əgər gəncləşdirmə siyasəti aparılırdısa heç o legionerə ehtiyac yox idi. Klubda pərakəndəlik var, sistem yoxdu. Söhbət təkcə "Neftçi"dən getmir. 20 gün sonra ölkə çempionatı start götürəcək. Çempionatda hələ hansı klubların oynayacağı bəlli deyil. Bu vəziyyət mailiyyə durumu yaxşı olan "Qarabağ" və "Qəbələ"nin gələcəkdəki inkişafına mənfi təsir edə bilər. 
– Çempionatda rəqabətsizlik buna təkan verəcək…
– Burada təkcə rəqabətdən yox, anarxiya xaosundan söhbət gedir. Qeyd etdiyiniz rəqabətsizlik olduğu halda  heç bir legioner Azərbaycanda çıxış etmək istəməyəcək. Təbii ki, rəqabət olmayan yerdə çempionatın səviyyəsi də aşağı düşəcək. Əgər çempionatın səviyyəsi aşağı düşərsə, ölkə klub reytinqi də geriləcəyəcək. Avropa Liqasına vəsiqə qazanan komandalarımız bu gün nisbətən zəif komandalarla üzləşirsə, aşağı reytinq olacağı zaman daha güclü kollektivlərlə qarşılaşacaq. "Mladost" ilə bacarmayan komanda güclü klublarla bacara bilər?! Hələ ki gec deyil, fikirləşmək lazımdır. Klublardakı inkişaf bir çoxlarına sərf etmədi. İndi özləri də vəziyyətdən çıxa bilmirlər. Unutmayaq ki, çempionatın bu səviyyəyə enməsi milli komandaya da öz təsirini edəcək. 
– Mövcud durum klublarımızın 5-6 ildə qazandığı uğurları 1 ildə itirəcəyi anlamına gəlir? 
– Tamamilə doğru fikirdir. Bir məqamı xatırladım. 2005-2010-cu illər aralığında ölkədə çıxış edən klublara heç də az vəsait xərclənməmişdi. Həmim 5 illik dönəmdə elə də ciddi uğurlar əldə olunmadı. Bundan sonra "Neftçi" və "Qarabağ"ın Avropa Liqasının qrupundakı çıxışı klub reytinqimizi yüksəltdi. Həmin illərdə ölkəmiz Avropa reytinqində 37-ci yerdə olduğu halda indi 28-29-cu pilləyə yüksəlib. Bu irəliləyiş həm klubların, həm də ölkənin ümumi göstəricisidi. Bunun davamını gətirmək üçün düzgün adıımlar atılmalı idi. "Neftçi" və "Qarabağ"ın qazandığı uğurlar futbolumuzda olan bir çox ideoloqları qorxutdu və klub futbolumuz məqsədli şəkildə dağıdıldı, ortalığa gizli oyunlar atıldı. 20 gün sonra çempionat başlayacaq. Heç klubların tam siyahısı bəlli deyil. Avropada Azərbaycan futbolunun irəlilədiyi bir məqamda bu cür durumu yaradanlar, öz şəxsi mövqelərini üstün tutanlar çıxıb cavab verməlidirlər. Robert Prosineçkinin iki oyunda qazandığı xallar bunu göstərir ki, Foqtsun öz ideoloqları ilə Azərbaycan futboluna vurduqları zərbə bunun əyani göstəricisidi. Buna görə də Prosineçkiyə təşəkkür düşür. Foqts "Qarabağ" və "Neftçi"nin Avropada at oynatdığı bir vaxtda düzgün komanda formalaşdıra bilmirdisə, Prosineçki bu gün yerli futbolçulardan yeni komanda düzəltməyi bacarıb. 
– Qeyd etdiyiniz kimi biz daha bir avrokubok mövsümünü boşa versək, klub reytinqində ciddi itkiyə məruz qalacağıq. Praktiki olaraq 5 ildə əldə etdiyimizi 1mövsümə itirəcəyik. Yenidən böyük vəsaitlər yatırılmalıdır ki, o reytinqi bərpa edək. Dediyiniz ideoloqların marağı nədir ki, belə əməllərə əl atırlar?
 – Onların marağı öz uğursuzluqlarını ört-basdır etməsi üçün atılan addımlardır. "Neftçi" və "Qarabağ"ın, həmçinin "Qəbələ"nin qazandığı uğurların fonunda bu ideoloqların öz uğursuzluqları qabarıq şəkildə görünürdü. Çempionatı dağıdıb xaos yaratmaq lazım idi ki, onların öz uğursuzluqları ört-basdır olsun. Klubların Avropadakı uğurları bir çox məmurları sözün həqiqi mənasında qorxutdu, yuxuları ərşəyə çəkildi və Azərbaycan futbolunun başına bu oyunu açdılar. 
– Bu gedişlə futbolumuz bizə gələcəkdə nə vəd edir?
– Əgər düzgün işlər görüləcəksə, bu idman növünü bilən şəxslər futbolumuzda olacağı halda yeni uğurları əldə etmək olar. Bunun üçün insanın niyyəti təmiz olmalıdır, strategiya düzgün qurulmalıdır. Amma futbolumuzda olan bir çox şəxslər bu sahədə yalnız özlərini fikirləşir. Onlar futbolu yox, öz karyeralarını düşünür. 
– Tahir müəllim, hazırkı durumun davam edəcəyini nəzərdə tuturdum…
– Az əvvəl vurğuladığım kimi 5 il öncə bir mərhələ adlamaq üçün milyonlar xərclənilirdi. Bunu bayram edirdik. Bu, sözün həqiqi mənasında biabırçı bir durum idi. O qədər pul yatırımının qarşısında bir mərhələ keçmək sevindirici deyildi. İki klubumuzun qrupda oynaması və mərhələli şəkildə digərlərinin də uğurlu çıxışları bu gün  bir yox, bir neçə təmsilçimizin qrup mərhələsində oynamasına gətirib çıxarmalı idi. Bunun davamını gətirmək lazım idi. Çox təəssüf ki, buna imkan verilmədi və bu gedişlə klublarımızın bir mərhələ adlamasına sevindiyimiz günlər geri qayıdacaq.

 
– Bu gecə iki komandamız – "Qəbələ" və "İnter" ikinci təsnifat mərhələsində ilk oyunlarını keçirəcək. Bu komandalar arasında hansının növbəti mərhələyə yüksəlmək şansı daha çoxdur?
 – Birmənalı şəkildə istər "Qəbələ", istərsə də "İnter" mərhələni adlamalıdı. Rəqibə də hörmət etmək lazımdır. "İnter" "Hafnarfyordur"u, "Qəbələ" isə bu cür şəraiti ilə qrup mərhələsini hədəfə almalıdır.
BƏHRAM CAMALOV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 08:17

“Tottenhem” “Çelsi”yə də uduzdu

blank
Milli komanda2024-05-03 08:00

Vay(ss) bizim halımıza?

blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm