Ölkə futbolu
Futbolinfo.az-ın əməkdaşı çempion oldu
22 iyul – Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi m&uum…
22 iyul – Milli Mətbuatın yaradılmasının 140 illik yubileyi münasibətilə Bakıdakı "Demirchi Tower” biznes mərkəzinin konfrans zalında jurnalistlər arasında şahmat üzrə "Media Kuboku" turniri keçirilib. Futbolinfo.az xəbər verir ki, "Report"un infomasiya dəstəyi ilə keçirilən yarışın təşkilatçıları İdman Araşdırmalar Mərkəzi (İAM) ilə Azərbaycan Şahmat Federasiyası, sponsoru isə "Kolizey İnşaat" olub.
Püşkə əsasən, 16 iştirakçı 1/8 final mərhələsindən olimpiya sistemi üzrə mübarizəyə başlayıb. Qaliblər növbəti mərhələyə yüksəlib və turnir bu qayda ilə final görüşünün nəticəsi bilinənədək davam edib. Məğlub şahmatçılar isə eyni sistemlə 3-cü yer uğrunda görüşün qalibi müəyyənləşənədək yarışıblar. Cütlüklərin tərkibi və iştirakçıların hansı rəngli fiqurlarla oynayacaqları püşkatma yolu ilə müəyyənləşib. Hər bir qarşılaşma bir partiyadan ibarət olub. Rapid sistemi ilə keçirilən partiya zamanı iştirakçıların hərəsinə 15 dəqiqə vaxt verilib. Görüşlərin yekununda heç-heçə qeydə alındıqda, fiqurları dəyişmək şətilə hərəyə 5 dəqiqəlik vaxt verilməklə, blits oyun təşkil olunub.
Yekunda qalib adını saytımızın əməkdaşı Ceyhun Əliyev qazanıb. 3-cü yeri isə ATV-nin redaktoru İlkin Fikrətoğlunu gərgin mübarizədə məğlub edən "İdman" qəzetinin müxbiri Kamran Hacı tutub. Həlledici qarşılaşmalarda ilk gedişləri Azərbaycan Şahmat Federasiyasının rəsmisi Yaşar Məmmədovla beynəlxalq qrossmeyster, Avropa çempionu Rauf Məmmədov edib. Onlar həm də mükafatlandırma mərasiminə qatılıblar.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”