Ölkə futbolu
"Kəpəz"in işçisi AFFA rəsmisi rolunda
Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsüm&uu…
Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün püşkatma mərasimi keçirilir. Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə klubları heç də əsas rəhbər şəxslər təmsil etmir.
Sizi həmin siyahı ilə tanış edirik: Mehman Allahverdiyev ("Kəpəz"), Rəşad Məmmədov ("Sumqayıt"), Səbuhi Səfiyarlı ("Qəbələ"), Eldəniz Yusifov (AZAL), Vüqar Aslanov ("Zirə"), Qədir Həsənov ("Neftçi" ), İsmayıl Əliyev ("Qarabağ"), Ramil Cahangirov ("Xəzər Lənkəran"), İlqar Axundov ("Rəvan"), Aleksey Borvinski ("İnter").
Qeyd edək ki, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu sözügedən tədbirdə olsa da, o, Gəncə klubunu təmsil etmir. Nərimanoğlu püşkatmada AFFA-nın mətbuat xidmətinin rəhbəri kimi iştirak edir. Halbuki, əvvəllər onu püşkatmada görməzdik. Deyəsən, klub futboluna təyinat onun maraqlarını artırıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı