Ölkə futbolu
“Atletik”lə oyun yarım milyona satılacaq
“Hər işdə bir xeyir var”, deyiblər. Avropa Liqasının…
“Hər işdə bir xeyir var”, deyiblər. Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atıldıqdan sonra “İnter” üçün cari avrokubok mövsümünün de-fakto bitməsi, həm də həyata dönüşü olacaq. Futbolinfo.az xəbər verir ki, Bakı klubu İslandiya “Hafnarfyordur”u səddini keçəcəyi təqdirdə İspaniya “Atletik”i ilə qarşılaşmanın yayım hüququndan 500 min avro qazana bilər. Maliyyə burulğanında çobalayan klub üçün bu, əsl oksigen yastığıdı.
Bu barədə saytımıza məlumatı “İnter”in prezidenti Georgi Nikolov verib: “Hələ ki, bütün diqqətimizi islandlarla oyuna yönəltmişik. Tariximizdə gözlənilməz büdrəmələr kifayət qədər olduğuna görə, indidən “Atletik”lə görüşün yayımının satışı barədə düşünmürük. Bəli, Bilbao təmsilçisi ilə ilkin danışıqlarımız olub. Ancaq onların rəsmi danışıq aparmaq təklifinə müsbət cavab versəm də, konkret rəqəm barədə fikir mübadiləsinin aparılmasının əleyhinə olmuşam. Onlara yalnız cümə axşamı baş tutacaq 2-ci təsnifat mərhələsi oyunundan sonra bu barədə danışıq apara biləcəyimizi söyləmişəm. İspaniya, İtaliya, İngilətərə klublarına qarşı avrokubok oyunlarının yayımı məsələsi ilə maraqlanmışam. Təqribən yarım milyon avro civarındadı. Mərhələni adlasaq, yəqin ki, bu məbləğə yaxın bir rəqəmə razılaşacağıq”.
Nikolov püşkatmayla bağlı da fikirlərini açıqlayıb: “Əlbəttə, “Atletik”lə qarşılaşmaq istəməzdik. Vətənim Bolqarıstanda belə bir məsəl var: “Ən qısa çöpü mən çıxardım”. “İnter”in də nəsibinə də “ən qısa çöp” düşüb. Nə etmək olar? Taleyimiz belə imiş. Sözsüz ki, cütlüyün aşkar favoriti “Atletik”di. Lakin mərhələni keçəcəyimiz təqdirdə, Bilbao təmsilçisinə maksimum müqavimət göstərəcəyik”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”