Premyer-liqa
“Rəvan” məşqçi tapa bilmir: Əliyev də gözləyir, Həsənov da
Premyer Liqada çıxış edəcəyi son anda dəqiqləşən &ldqu…
Premyer Liqada çıxış edəcəyi son anda dəqiqləşən “Rəvan”da komanda adına heç nə yoxdu. Uşaq komandaları, əvəzedici heyətlə bağlı problemlər öz yerində, hətta əsas komandanın da taleyi qaranlıqdı.
Klub rəhbərliyi ilk olaraq baş məşqçi problemini həll etməli, daha sonra onunla məsləhətləşərək heyəti müəyyənləşdirməlidi. Amma iş ondadı ki, “Rəvan” hətta baş məşqçi problemini də həll edə bilmir. I divizionda komandaya rəhbərlik etmiş Ramil Əliyevlə müqavilə müddəti bitib və deyəsən, rəhbərlik onunla işləməkdə maraqlı deyil.
Əliyev futbolinfo.az-a açıqlamasında bunları dedi: “Sualınıza cavab verə bilmirəm. Çünki özüm də xəbərsizəm. Mayda müqavilə müddətim bitib. Bundan sonra rəhbərliklə növbəti mövsüm üçün komandanın planlarını müzakirə etmişdik. Ancaq söhbət 1-ci diviziondan gedirdi. İndi isə Premyer Liqada iştirak edəcəkləri məlum olub. Bundan sonra mənimlə əlaqə saxlayan olmayıb. Düşünürəm ki, yaxın 1-2 gündə məsələyə aydınlıq gələr”.
İş ondadı ki, “Rəvan” bir neçə məşqçi ilə təmasa keçib və bildiyimizə görə, onlar da faktiki heç nəyi olmayan komandaya rəhbərlik etməyə razı olmayıb. Bu gedişlə komanda yenə daim qapıda hazır dayanan Bəhmən Həsənovla razılaşmalı olacaq. O Həsənovla ki, yaxınlarda imtahandan kəsilib, buna baxmayaraq, artıq 6-7 dəfə “aslanlar”ın baş məşqçisi olub.
Həm məşqçi seçimində, həm də heyətin formalaşmasında çətinliyə düşən klub Peşəkar Futbol Liqasına ən azı ilk turun oyununun təxirə salınması üçün müraciət etməyə hazırlaşır. Xəbəri dəqiqləşdirmək üçün müraciət etdiyimiz klub rəhbərliyi zənglərimizi cavabsız qoydu.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”